• $
  • €
  • ₽
  • ₺
  • £

"İçəri Şəhər" filmi Estoniyada

"İçəri Şəhər" filmi Estoniyada
18.11.2016 20:19
"İçəri Şəhər” bədii filminin Estoniyanın 20-ci Tallin "Qaranlıq gecələr” Beynəlxalq Film Festivalında nümayişi olub.
 
Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasından verilən məlumata görə, film festivalın "Forum” proqramında iştirak edir. "İçəri Şəhər”in növbəti nümayişi noyabrın 21-də keçiriləcək. 
 
Ekran əsəri Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.
 
"İçəri Şəhər” filmi Hindistanın 21-ci Kerala Beynəlxalq Film Festivalına və 47-ci Hindistan Beynəlxalq Film Festivalına (Qoa) da dəvət alıb. Təhminə Rafaella filmdəki ifasına görə Türkiyənin 5-ci "Van gölü” Beynəlxalq Film Festivalının "Ən yaxşı aktrisa” mükafatına layiq görülüb.
 
Film hazırda Misirin Qahirə Beynəlxalq Film Festivalında nümayiş olunur. Festivalda ssenari həm müəllifi və quruluşçu rejissoru İlqar Safat iştirak edir .
 
Psixoloji dram janrında lentə alınan ekran əsərinin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.
 
Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Anar Xəlilov, Elmira Şabanova və digərləri canlandırırlar. //APA

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol