• $
  • €
  • ₽
  • ₺
  • £

“CinemaPlus”da ilk dəfə kriminal komediya filminin peşəkar Azәrbaycan dublyajı

“CinemaPlus”da ilk dəfə kriminal komediya filminin peşəkar Azәrbaycan dublyajı
19.11.2016 17:42
Premium kinoteatr "CinemaPlus” ilk dəfə olaraq 18+ reytinqli azərbaycan dilində peşəkar dublyaj olunmuş "Hamıya qarşı” filminin nümayişinə başlayıb. 

Bundan sonra yalnız xarici dildə deyil, həmçinin azərbaycan dilinə dublyaj olunmuş filmlər də nümayiş olunacaq.  

Dublyaj prosesi asan deyil. "CinemaPlus” kinoteatrı öz tamaşaçılarına  filmdə, ekranda deyilənlərin mənasını çatdırmaq istəyir. Səs və avadanlıqlar öz işinin peşəkarı, keyfiyyət göstəricisi olmalıdır.  

"Hamıya qarşı” filmi "Cinemazadeh” studiyasında 2016-cı ildə dublyaj olunub. Dublyajın redaktoru Xətai Əli, səs rejissoru Azad Vəliyevdir. 

Filmi səsləndiriblər: Elmir Məhәrrәmov, Oleq Əmirbəyov, Tural Əsədov, Zaur Şəfiyev, Kamran Ağabalayev, Xələf Cəfərov, Xətai Əli, Xumar Quluzadə, Taleh Yüzbəyov, Ofeliya Novruzqızı və başqaları. 

Kriminal komediya filminin rejissoru Con Maykl MakDondur. Filmdə rolları Aleksandr Skarsqard, Teo Ceyms, Tessa Tompson və Maykl Penya kimi aktyorlar oynayıb. 
Film haqqında qısa məlumat: Nyu-Yorkdan olan iki rüşvətxor polis əllərinə imkan düşən kimi qabağlarına çıxan hər kəsi sıxışdırırlar. Tale onlara bir milyon dollar qazanmaq şansı yaradır, lakin həmin şansa qəribəliklərə meyli olan ingilis lordu da iddia edir. Haqlı şikar mübarizəsində ortaqlar lordun bəzi sirlərini öyrənirlər və əvəz çıxmağa qoşulurlar. Ədalət uğrunda mübarizədə - pis polislər yeni nəsə dadmağa tələsirlər.... lakin görün onlar ədaləti necə başa düşürlər.

"CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.  

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol