• $
  • €
  • ₽
  • ₺
  • £

Məcburi köçkün uşaqlara aid film Kanadada nümayiş olundu

Məcburi köçkün uşaqlara aid film Kanadada nümayiş olundu
22.11.2016 13:10
 Noyabrın 18-də Kanadanın paytaxtı Ottava şəhərində yerləşən Karlton Universitetində məcburi köçkün olan azərbaycanlı uşaqlara həsr edilmiş "Gənc səslər, qədim nəğmə” adlı sənədli filmin premyerası keçirilib.

"Report” xəbər verir ki, tanınmış amerikalı muğam ustası Cefri Verbok tərəfindən çəkilmiş filmin nümayişi Azərbaycanın Kanadadakı səfirliyi tərəfindən təşkil edilib.
Səfirliyin məlumatına görə, təbirdə Ottavada akkreditə olunmuş diplomatik missiyaların təmsilçiləri, kanadalı qonaqlar və Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Nümayişdən əvvəl Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Ramil Hüseynli Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq və etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan çox azərbaycanlının öz doğma torpaqlarından didərgin düşməsi barədə danışıb. O, qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə rağmən ədalətsizlik davam edir, Azərbaycanın 20% torpağı işğal altında qalır və qaçqınlar öz evlərinə qayıtmaq hüququndan məhrum ediliblər. Bundan başqa, filmin qaçqın probleminə muğam prizmasından yanaşdığını söyləyən R.Hüseynli, muğamın Azərbaycan xalqı üçün önəmindən, Dağlıq-Qarabağ bölgəsinin muğam sənətinin mərkəzlərindən biri olmasından, eləcə də muğamın Ermənistan-Azərbaycan münaqişəsi dövründə kədər və ümidlə assosiasiya olunmasından danışıb.

Tədbir filmin nümayişi ilə davam edib. Qaçqın və məcburi köçkünlərin taleyi və muğam sənəti barədə bəhs edən "Gənc səslər, qədim nəğmə” filmi tamaşaçılarda böyük marağa səbəb olub.

Nümayişdən sonra sənədli filmin müəllifi C.Verbok səhnəyə çıxaraq, Azərbaycanla ilk tanışlığı, azərbaycanlı məcburi köçkünlərin vəziyyəti, həmçinin Azərbaycan muğamının fərqləndirici xüsusiyyətləri barədə danışmış, eləcə də tamaşaçıların çoxsaylı suallarını cavablandırıb. C.Verbok Azərbaycan tarı və kamançasında milli musiqilərdən nümunələr də ifa edib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol