• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqili Teatrda həftəsonu maraqlı tamaşalar olacaq

Musiqili Teatrda həftəsonu maraqlı tamaşalar olacaq
23.11.2016 12:28
Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 5 tamaşa nümayiş olunacaq.
 
Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki,  25, 26, 27 noyabr tarixlərində saat 12.00 və 19.00-da tamaşaçılara "Qafqazlı qardaşqızı” (R. Hacıyev), "Yağış göbələyinin macərası” (R. Şəfəq, V. Zimin), "Toya bir gün qalmış” (Ə. Səmdəli), "Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər) və "Qızıl toy” (O. Kazımi, R. Heydər) tamaşaları təqdim olunacaq. Tamaşaçılar nümayiş olunacaq bu səhnə əsərlərində sevimli aktyorları – Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət” ordenli Afaq Bəşirqızı, Əməkdar artistlər Svetlana Bulax, Ələkbər Əliyev, Boris Qrafkin, Əzizağa Əzizov, Nərgiz Kərimova, Əkbər Əlizadə, Səidə Şərifəliyeva, aktyorlar Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Ağaxan Şərifov, Gülcahan Salamova, Marina Litvenonko, Firuz Məmmədov, Emil Heydərov, Nadejda Povelitsina, Gülçöhrə Abdullayeva, Yuliya Heydərova, Əliməmməd Novruzov, Hüseyn Əlili, Mehriban Zalıyeva, Ruslan Mürsəlov, Şaban Cəfərov, Gülnarə Əzizova, Nicat Əli, Əmrah Dadaşov, Elnarə Nağdəliyeva, Fərid Rzayev, Rauf Babayev, Güldanə Əzimova, Elməddin Dadaşov və başqalarının ifalarını izləyə biləcəklər.

Qeyd edək ki, Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb. Belə ki, 25 noyabr tarixində saat 19.00-da SSRİ Xalq artisti R. Haçıyevin "Qafqazlı qardaşqızı” əsəri böyüklər, 26 noyabr tarixində saat 12.00-da R. Şəfəq, V. Ziminin "Yağış göbələyinin macərası” tamaşası uşaqlar üçün rus dilində nümayiş olunacaq. O. Zülfüqarov və  R. Heydərin "Dəcəl çəpişlər” əsəri isə 27 noyabr tarixində saat 12.00-da Azərbaycan dilində balaca tamaşaçılara təqdim olunacaq.  

Həmçinin Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, böyük gülüş ustası, Dövlət mükafatı laureatı, Xalq artisti Nəsibə xanım Zeynalovanın anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley tədbiri də  24 noyabr saat 19.00-da Dövlət Musiqili Teatrında keçiriləcək.

Teatrsevərlər Musiqili Teatrın tamaşalarına 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol