• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident təqaüdçüləri Musiqili Teatrda

Prezident təqaüdçüləri Musiqili Teatrda
28.11.2016 18:50
Azərbaycan Dövlət Musiqili Teatrı daha bir ilkə imza atıb.
 
Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki,  Dövlət Musiqili Teatrı Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsi ilə birlikdə yeni layihəyə start verib. Layihəyə əsasən Musiqili Teatrda tamaşalar nümayiş olunan və tədbirlər keçirilən gün hər dəfə tamaşalardan öncə və fasilə zamanı teatrın foyesində Bakı şəhərinin müxtəlif musiqi məktəblərinin şagirdləri olan Prezident təqaüdçüləri tamaşaçılara öz ifalarını təqdim edəcəklər. Layihənin içrasına Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, böyük gülüş ustası, Dövlət mükafatı laureatı, Xalq artisti Nəsibə xanım Zeynalovanın anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley gecəsində - 24 noyabr 2016-cı il tarixində başlanılıb.
 
Rauf Hacıyev adına 15 saylı 11 illik musiqi məktəbinin şagirdləri Jalə Mayılova və Emil Əhmədzadənin ifaları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. J. Mayılova və E. Əhmədzadə F. Bədəlbəylinin "Dəniz”, T. Quliyevin "Qaytağı”, S. Raxmaninovun "Musiqi anı”, Şopenin "Ekspromt fantaziya” və başqa əsərləri fortopianoda uğurla ifa ediblər. Yeniyetmə pianoçuların bənzərsiz ifaları yubiley gecəsinə toplaşanları valeh edib, onların hər çıxışı alqışlarla qarşılanıb. Qeyd edək ki, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Tamilla Məmmədovanın sinfində təhsil alan Emil Əhmədzadə və Jalə Mayılova Prezident təqaüdçüləridir və adları Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı”na yazılıb. Azərbaycan Dövlət Musiqili Teatrının tamaşaçıları bundan sonra gülüş dolu tamaşalarla yanaşı, həm də tamaşa öncəsi ölkəmizin gələcəyi sayılan istedadlı uşaqların maraqlı proqramlarını izləyə biləcəklər.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol