• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqili Teatrın aktyoru vəfat etdi

Musiqili Teatrın aktyoru vəfat etdi
30.11.2016 18:03
Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru Ziyadxan Cəbrayılov bu gün səhər saatlarında dünyasını dəyişib.
 
Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, mərhum aktyor doğulduğu Şamaxı rayonunda dəfn olunacaq.

Ziyadxan Azad oğlu Cəbrayılov 1 iyun 1947-ci ildə Şamaxı rayonunda dünyaya göz açıb. 1970-ci ildə Kitabxanaçılıq Texnikumunun Mədəni-maarif şöbəsinə daxil olub. 1973-cü ildə Bakı Xalq Yaradıcılıq Evində «Qaravəlli» xalq teatrının rejissoru vəzifəsində çalışıb. 1975-ci ildə Əbilov adına Mədəniyyət Evinin Təşviqat briqadasının rəhbəri olub. 1977-ci ildə İncəsənət İnstitutunun «Musiqili-komediya aktyorluğu» fakultəsinə qəbul olunub. 1985-ci ildə «İRS» folklor ansambılında aktyor kimi fəaliyyətə başlayıb. 1970-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrında (Azərbaycan Dövlət Musiqili Komediya Teatrında) aktyor kimi çalışıb. Teatrda işlədiyi müddət ərzində Əbülhəsən ("Subaylarınızdan görəsiniz”, S. Ələsgərov), Kar Möhsüm ("Beş manatlıq gəlin”, S. Rüstəmov), Həkim ("Hicran”, S. Rəhman, E. Sabitoğlu),  Aşbaz ("Məlikməmmədin nağılı”), Qəzetçi Səfdər ("Özümüz bilərik”, S. Ələsgərov), Fərrux kişi ("Nəğməli Könül”, E. Sabitoğlu, X. Hasilova), Biznesmen ("Məsmə xala dayımdır”, R. Mustafayev), Canavar, Meşəbəyi ("Qırmızıpapaq”, Y. Şvarts, E. Sabitoğlu), Axund Vəli ("Bir saat xəlifəlik”, R. Şəfəq), Kələntər ("Hərənin öz ulduzu”, S. Ələsgərov), Xəstə ("Məhəbbət oyunu”, C. Quliyev), Cangüdən ("Səhnədə məhəbbət”, S. Fərəcov), Yunis ("Talelər qovuşanda”, R. Hacıyev), Polis ("Əlin cibində olsun”, O. Rəcəbov), Sələmçi ("Bir günlük siğə”, S. Fərəcov), Jevakin ("Evlənmə”, N.V. Qoqol), Molla Salman ("Kimyagər”, S. Kərimi, Ə. Ol), Əcnəbi ("Qızıl toy”, O. Kazımi, R. Heydər), Zərgər ("Bankir adaxlı”, E. Sabitoğlu, T. Vəliyeva), Polis ("Şeytanın yubileyi”, O. Rəcəbov), Axund ("Toya bir gün qalmış”, Ə. Səmədli) və başqa obrazları özünəməxsus ustalıqla canlandırıb.

Allah rəhmət eləsin!


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol