• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqili Teatr daha bir Beynəlxalq quruma üzv oldu

Musiqili Teatr daha bir Beynəlxalq quruma üzv oldu
05.12.2016 20:30
Azərbaycan Dövlət Musiqili Teatrı daha bir beynəlxalq teatr təşkilatına üzv olub.
 
Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Dövlət Musiqili Teatrı Qərbi Asiya və Şimali Afrika Dövlətləri Teatr Xadimlərinin Birliyində Azərbaycanı təmsil edən yeganə mədəniyyət müəssisəsi olacaq. "İran İslam Respublikasının "Dramatik İncəsənət Mərkəzi”nin Tehran şəhərində keçirdiyi teatr sənəti mövzusunda Birinci Regional elmi-nəzəri  konfransında İran, Əlcəzair, Əfqanıstan, İraq, Livan, Oman, Pakistan, Qətər, Suriya, Tunis və başqa ölkələrdən dəvət olunmuş mədəniyyət xadimləri və tanınmış teatr sənətçiləri iştirak edirdilər. Qərbi Asiya və Şimali Afrika Dövlətləri Teatr Xadimlərinin Birliyi də məhz bu konfransda yaradıldı. Konfrans zamanı teatrın ümumi dil və mədəniyyətin əsas sahəsi kimi insani dəyərlərin inteqrasiyasında və mübadiləsində mühüm rol oynadığı bir daha vurğulandı. Həmçinin qeyd olundu ki, ölkələrarası mədəni əlaqələrin inkişafında teatr xadimlərinin bilik və bacarıqları əsasında qarşılıqlı əlaqələrin qurulması, kütləvi tamaşalar və teatr festivallarının təşkili, ölkələrarası məlumat mübadiləsinin aparılması, səhnə əsərlərinin, mədəniyyət və teatr sahəsində elmi kitabların və məqalələrin tərcüməsi üçün imkanlar yaradılması əsas istiqamətlərdəndir. Razılaşma əsasında təsis konfransında iştirak edən ölkələr burada qoyulan məqsədlərin müvafiq və effektiv şəkildə yerinə yetirməsini təklif etdilər. Bu məqsədlə niyyət protokolunun sənədləri ilkin variantda hazırlandı. Azərbaycan Dövlət Musiqili Teatrı Qərbi Asiya və Şimali Afrika Dövlətləri Teatr Xadimlərinin Birliyinə üzv qəbul olundu və bundan sonra bu qurumda Azərbaycanı məhz bizim teatr təmsil edəcək”, - deyə konfransda iştirak edən Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev söyləyib.

Qeyd edək ki, Azərbaycan Dövlət Musiqili Teatrı həm də 2009-cu ildən etibarən Musiqili Teatrların Beynəlxalq Assosasiyasının üzvüdür.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol