• $
  • €
  • ₽
  • ₺
  • £

Xalçaçı-rəssamın "İlmələrin rəqsi" sərgisi - FOTOLAR

Xalçaçı-rəssamın "İlmələrin rəqsi" sərgisi - FOTOLAR
06.12.2016 12:17
Bakıda Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi salonunda xalçaçı-rəssam Eldar Hacıyevin "İlmələrin rəqsi" adlı fərdi sərgisi baş tutub.

Sərgidə sadəcə xalçalar deyil, akrillə yazılan əsərlər də nümayiş etdirilib.  Ümumilikdə, sərgidə 20-dən çox rəngli, mürəkkəb bədii süjetli, dəbdəbəli və möhtəşəm rəng palitrası ilə seçilən xalça nümunələri təqdim olunub.
 
 

Azərbaycan Dövlət İncəsənət İnsistitunun Xalçaçı-rəssam ixtisasını bitirən Eldar Hacıyev üçün xalça və miniatür sənəti səciyyəvi hal sayılır. Rəssamın keçən il baş tutan sərgisində tarixi, dini və etnoqrafik xarakterli işləri ipək və yun xalçalarda təqdim olunmuşdu. 
 
 

Həmin işlər arasında "İsa peyğəmbərin həyatı", "Məhəmməd peyğəmbərin yüksəlişi", "Məryəm ana", "Vladimirin ikonası" kimi əsərlər xüsusi marağa səbəb olmuşdu.  
 
Bu sənət əsərləri Azərbaycan xalqının tolerant millət olduğuna dair əyani  sübutdur.

 
 
Müəllifin yaradıcılığını geniş mövzular əhatə etsə də, rəssam əsasən, milli ruhda olan kompozisiyalara böyük yer verdiyini deyir. Azərbaycan təbiətinin gözəllikləri,  xalqımızın adət-ənənələri rəssamın yaradıcılığının süjet xəttininin əsasını təşkil edir. Qısası, Eldar Hacıyevin işlərində əsasən, Azərbaycanın mədəniyyəti əks olunur. 
 
 

Son illər Eldar Hacıyev yaradıcılığında xalçaçılıqla yanaşı, boya və dekorativ əsərlərə də yer ayırıb. 
 


Qeyd edək ki, Hacıyevin əsərləri özünəməxsus, fərqli dəst-xətti ilə səciyyələnir. Buna görə də, onun rəsmlərini digər rəssamların əsərləri ilə səhv salmaq çətindir.
 


Azərbaycan Rəssamlar İttifaqının sərgi salonunda gələn ziyarətçilər Azərbaycan xalçaçılıq sənətinin incəliklərini görmək imkanı əldə edir. Sərgi ölkəmizin görməli yerlərinin, abidələri və bölgələrinin rəsmi əks olunan "Azərbaycan" adlı xalça ilə başlayır.
 
 

Sərgilərdə nümayiş olunan sənətkarların əsərləri dünyanın müxtəlif ölkələrindəki muzeylərində, eləcə də, şəxsi kolleksiyalarda saxlanılır. Hacıyev isə bir çox sərgilərin iştirakçısıdır. Məsələn, 2013-ci ildə böyük Azərbaycan yazıçısı, şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinə həsr edilən sərgidə iştirak edib. 
 
 

Tədbir Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuşdu. Bu il isə Hacıyev görkəmli Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 900 illik yubileyinə həsr olunan sərgidə öz işlərini təqdim edib.Həmin tədbir Heydər Əliyev Fondu tərəfindən Reyn şəhərində təşkil olunub.
 
 

Qeyd edək ki, sərgi 6 dekabra kimi davam edir.
 
 

ANN.Az daim paytaxtımızda mədəniyyət, elm, təhsil sahəsində keçirilən tədbirləri diqqət mərkəzində saxlayır. 

Azərbaycan rəssamının "İlmələrin Rəqsi” sərgisindən fotoları təqdim edirik:

Rüstəm Qasımov 















www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol