• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan teatrının portreti beynəlxalq mətbuatda

Azərbaycan teatrının portreti beynəlxalq mətbuatda
07.12.2016 18:49
Bu günlərdə beynəlxalq mətbu orqanlarından birində Azərbaycan teatrı, onun təşəkkül tarixi və bu tarixdə xüsusi yeri olan ölkə teatrları haqqında məqalə dərc olunub. Azərbaycan teatr tənqidinin istedadlı nümayəndəsi, teatrşünas alim, Mədəniyyət və İncəsənət Universitetinin "teatrşünaslıq” kafedrasının müdiri, professor Aydın Talıbzadənin qələminin məhsulu olan məqalə "Azərbaycan teatrı: sosial portret və estetik "xəritə” adlanır. Məqalə Yunanıstanın aparıcı internet saytlarından birində www.greek-theatre.gr/-da yer alıb. 

Azərbaycan haqqında oxucuya ətraflı məlumatla başlayan məqalə daha sonra Azərbaycan teatrının yaranma tarixi, inkişaf mərhələləri, müasir teatr prosesini anlatır. 1990-cı ildən günümüzədək olan zaman kəsiyində Azərbaycan teatrından bəhs edən məqalədə Dövlət Gənc Tamaşaçılar, Yuğ, Akademik Milli Dram, Pantomima, Opera və Balet, Musiqili teatrları haqqında məlumat, adıçəkilən teatrlarda son illər səhnələşdirilən ən uğurlu səhnə əsərləri və onlardan fotoşəkillər yer alıb.

Dövlət Gənc Tamaşaçılar Teatrında hazırlanmış "Mən gəldim qızlar” ("Müharibə”, L.Nuren) və "Lineynin trilogiyası”na daxil olan üç tamaşa ("Gözəllik kraliçası”, "Konnemarada bir kəllə”, "Yalqız Qərb”, M.MakDonax) məqalədə ən yaddaqalan tamaşalar siyahısıdadır. 

"Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı, bu proqramın müvafiq bəndlərinə uyğun olaraq daha da inkişaf edən, maddi-texniki bazası yüksək səviyyəyə çatdırılan Azərbaycan teatrlarının üzv olduğu beynəlxalq qurumlar haqqında da məqalədə bəhs edilir. 

Məqalə ilə aşağıdakı link vasitəsilə daha yaxından tanış ola bilərsiz:
   



www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol