• $
  • €
  • ₽
  • ₺
  • £

2016-cı ildə Azərbaycan kimləri itirdi? - SİYAHI

2016-cı ildə Azərbaycan kimləri itirdi? - SİYAHI
09.12.2016 14:57
2016-cı ildə sənət aləmində bir çox tanınmışlar dünyasını dəyişdi. 

ANN.Az axşam.az-a istinadən bu il vəfat edən yerli məşhurların siyahısını təqdim edir:

İlin ən ağır itkilərindən biri xalq artisti İlhamə Quliyevanın vəfatı olub. Müğənninin fevralın 25-də səhər saatlarında qəfildən halı pisləşib, dünyasını dəyişib. 

Xalq şairi Zəlimxan Yaqub uzun sürən xəstəlikdən sonra yanvarın 9-da dünyasını dəyişib.

Xalq artisti, dirijor Nəriman Əzimov 80 yaşında vəfat edib.

Rejissor Ələkbər Kazımovski dünyasını dəyişib. O, əməkdar artist Nahidə Orucovanın 55 illik yubiley məclisinin başlamasına bir qədər qalmış restorana gəlib. Halı pisləşən rejissor masa arxasında vəfat edib. 

Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin 55 yaşlı diktoru Bəxtiyar Şərifzadə iş başında dünyasını dəyişib.

Şair, publisist, ssenari müəllifi, kino redaktoru, əməkdar mədəniyyət işçisi Fikrət Sadıq bu ilin noyabrında 86 yaşında vəfat edib. 

Rejissor, əməkdar incəsənət xadimi Fikrət Əliyev də 2016-cı ildə dünyasını dəyişən tanınmışlardandır. 

Aktyor, uzun illər AZTV-də rejissor assistenti kimi çalışan Arif Qasımov bu il vəfat edib. 

"Şeron" qrupunun musiqiçisi Azər Qafarov noyabrda dünyasını dəyişib.

Tanınmış uşaq bəstəkarı, SSRİ-nin əməkdar incəsənət xadimi, xalq artisti Oqtay Zülfüqarov 87 yaşında vəfat edib.

"Lider TV"nin əməkdaşı İlqar Qulusoy rəhmətə gedib.

Xalq şairi, tanınmış publisist Söhrab Tahir vəfat edib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol