• $
  • €
  • ₽
  • ₺
  • £

Əbülfəs Qarayev aktrisanı mükafatlandırdı

Əbülfəs Qarayev aktrisanı mükafatlandırdı
13.12.2016 18:55
Əbülfəs Qarayev Musiqili Teatrın əməkdaşını mükafatlandırıb.

Azərbaycan Dövlət Musiqili Teatrının konsertmeysteri Nərminə Əbdürəhmanovanın bu günlərdə 60 yaşı tamam olur. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, bu münasibətlə Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev Nərminə Əbdürəhmanovanı təbrik edib, milli teatr sahəsində uzunmüddətli, səmərəli fəaliyyətinə görə və anadan olmasının 60 illiyi ilə əlaqədar tanınmış pianoçunu mükafatlandırıb.

Əbdürəhmanova Nərminə Məşədi Ağa qızı 24 dekabr 1956-cı ildə Bakı şəhərində anadan olub. 

1976-ci ildə Asəf Zeynallı adına Musiqi məktəbinin "Fortopiano” fakultəsini, 1981-ci ildə Bakı Musiqi Akademiyasını bitirib. Əmək fəaliyyətinə Sumqayıt şəhəri S. Hacıbəyov adına Musiqi məktəbində müəllimə kimi başlayıb. 1995-ci ildə Azərbaycan Dövlət Musiqili Teatrının (o vaxtki Azərbaycan Dövlət Musiqili Komediya Teatrının) vokal sinfi üzrə konsertmeyster vəzifəsinə təyin olunub. Teatrda işlədiyi müddət ərzində bir çox tamaşalara konsertmeysterlik edib. 

O cümlədən, "Qısqanc ürəklər” (Ramiz Mirişli, Marat Haqverdiyev), "Qızıl toy” (Oktay Kazımov, Ramiz Heydər), "Subaylarınızdan görəsiniz”, "Hərənin öz ulduzu”, (Süleyman Ələsgərov, İsi Məlikzadə), "Nəğməli Könül” (Emin Sabitoğlu, Xalidə Hasilova), "Səhnədə məhəbbət” (Sərdar Fərəcov, Əli Əmirli), "Talelər qovuşanda” (Rauf Hacıyev, Faiq Zöhrabov, Elxan Ocaqov), "Bir günlük siğə”, (Sərdar Fərəcov, Rəşad Nuri Güntəkin), "www.ferzeli-kef.com” (Emin Sabitoğlu, Cahangir Məmmədov) və başqa tamaşaların hazırlanmasında Nərminə xanımın böyük əməyi olub.

Kollektiv tərəfindən də çox sevilən pianoçuya Mədəniyyət və Turizm nazirinin bu diqqəti hər kəsə sevinc bəxş edib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol