• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqili Teatrın aktyoru Xocalı faciəsini Türkiyədə səhnəyə gətirdi

Musiqili Teatrın aktyoru Xocalı faciəsini Türkiyədə səhnəyə gətirdi
20.12.2016 22:06
Azrəbaycan Dövlət Musiqili Teatrının aktyoru Elçin İmanovun rejissoru olduğu Aygün Həsənoğlunun "Adsız qadın” mono-tamaşasının Türkiyədə premyerası keçirilib.
 
Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Xocalı qətliamından, xalqımızın tarixi soyqırımından bəhs edən səhnə əsəri İstanbul Azərbaycan Kültür Evinin təşkilatçılığı ilə İstanbulda Üsküdar Kərəm Yılmazər Səhnəsində nümayiş olunub. Mono-tamaşanın ifaçısı aktrisa Kəmalə Kamilqızıdır.
 
Tamaşada Azərbaycan və türk musiqilərindən istifadə olunub. Azrəbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev İstanbul Azərbaycan Kültür Evinin dəvəti ilə "Adsız qadın” mono-tamaşasının premyerasında iştirak edib. "Xocalı dəhşətlərini, erməni vandallarının Xocalıda törətdiyi ağlasığmaz vəhşilikləri dünyaya bəyan etmək hər bir azırbaycanlının müqəddəs borcudur. Bu baxımdan "Adsız qadın” tamaşası, Xocalı faciəsinin bütün dəhşətləri ilə nümayişi böyük maraq doğurdu. Tamaşanın maraqlı cəhətlərindən biri də odur ki, teatr sənəti ilə kino sintez edilib. Tamaşa boyu özündə Xocalı dəhşətlərini əks etdirən sənədli kadrlardan istifadə olunub. "Adsız qadın” mono-tamaşa olsa da, mənfur qonşularımızın vəhşiliklərini daha da kəsərli nümayiş etdirmək üçün müəyyən kütləvi səhnələrdən istifadə edilib və bu səhnələrdə Türkiyədə yaşayan azərbaycanlılar, xüsusən tələbələr iştirak edirlər. İstanbul Azərbaycan Kültür Evi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində bu tamaşanı Türkiyənin ayrı-ayrı bölgələrində nümayiş etdirməyi planlaşdırır”, - deyə Ə. Lalayev bildirib.  


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol