• $
  • €
  • ₽
  • ₺
  • £

Filmlərimiz Hindistanın beynəlxalq film festivalında

Filmlərimiz Hindistanın beynəlxalq film festivalında
24.12.2016 13:44
"Onun atası” qısametrajlı bədii filmi və "Sarılar – Qarabağ atının izilə” sənədli filmi Hindistanın 6-cı Kəlkətə Beynəlxalq Uşaq Film Festivalına dəvət alıb. 33 ölkədən 200 filmin iştirak edəcəyi festival 31 dekabr tarixinədək Kəlkətədə davam edəcək.

Bu barədə Oxu.Az-a "Azərbaycanfilm” kinostudiyasından bildirilib.

"Onun atası” bədii filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında dörd gənc rejissor tərəfindən lentə alınan "40-cı paraleldə” kinoalmanaxına daxil olan qısametrajlı filmlərdən biridir.

Qeyd edək ki, filmin beynəlxalq premyerası İtaliyanın 17-ci "Asiatica, Encounters with Asian Cinema” Film Festivalında baş tutub. Film həmçinin Hindistanın 5-ci Delhi Beynəlxalq Film Festivalında nümayiş olunub.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Zamin Məmmədov, quruluşçu operatoru Əli Sultanov, quruluşçu rəssamı Arif Niftiyev, icraçı prodüseri Rəhim Sadıqov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Şamil Süleymanlı, Fateh Tahirov, Məbud Məhərrəmov və Ülviyyə Rza canlandırırlar.

"Sarılar – Qarabağ atının izi ilə” sənədli filmi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və BP Azərbaycanın dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyası və Almaniyanın "Studio Tor 1” Filmproduktion tərəfindən istehsal edilib.



Çəkilişləri İngiltərə, Almaniya, İsveçrə və Azərbaycanda aparılan sənədli filmin ssenari müəllifi Martin Vagner, rejissoru Villi Neumann, operatorları Andre Böhm, Birgit Handke, Bəhruz Əliyev, icraçı prodüseri Nadir Əliyevdir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol