• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqili Teatr beynəlxalq festivalda iştirak edəcək - FOTO

Musiqili Teatr beynəlxalq festivalda iştirak edəcək - FOTO
28.05.2020 21:31
Azərbaycan Dövlət Musiqili Teatrı İran İslam Respublikasında keçiriləcək Beynəlxalq Teatr Festivalına dəvət olunub.

Dövlət Musiqili Teatrının mətbuat katibi Samir Sədaqətoğlu ANN.Az-a bildirib ki, söhbət Yeni ilin ilk günlərində Təbriz şəhərində baş tutacaq 35-ci Fəcr Beynəlxalq Teatr Festivalından gedir.

Teatrın kollektivi bu münasibətlə Yeni ilin ilk günlərində - 2017-ci il 13-18 yanvar tarixlərində İran İslam Respublikasına səfər edəcək. Festivalda dahi Üzeyir Hacıbəylinin məşhur "Ər və arvad” iki hissəli musiqili komediyası nümayiş olunacaq.

"35-ci Fəcr Beynəlxalq Teatr Festivalına dəvət olunmağımız kollektivimiz üçün əsl Yeni il hədiyyəsi oldu. İnanıram ki, Musiqili Teatr Yeni ilin ilk günlərində ölkəmizi bu mötəbər festivalda layiqincə təmsil edəcək. Qeyd edim ki, 1910-cu ildə bu əbədiyaşar əsərlə - "Ər və arvad” tamaşası ilə bugünkü Azərbaycan Dövlət Musiqili Teatrının əsası qoyulub. Əsər 107 ildir ki, səhnədədir və tamaşaçılarımız tərəfindən ən çox sevilən, böyük maraq və rəğbətlə qarşılanan səhnə əsərlərindən biridir”, - deyə Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev söyləyib.

Tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu dirijoru, Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Eldar Qurbanov, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Fidan Babayeva, rejissor assistentləri Elməddin Dadaşov və Tamilla Aslanovadır. Rolları Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət” ordenli İlham Namiq Kamal, Əməkdar artistlər Nahidə Orucova, Ələkbər Əliyev, Əkbər Əlizadə, aktyorlar Gülcahan Salamova, Ağaxan Şərifov, Hüseyn Əlili və Əliməmməd Novruzov ifa edəcəklər.






www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol