• $
  • €
  • ₽
  • ₺
  • £

Zəlimxan Yaqubun abidəsi ucaldıldı

Zəlimxan Yaqubun abidəsi ucaldıldı
30.12.2016 15:33
Xalq şairi Zəlimxan Yaqubun məzarı üstündə abidəsi ucaldılıb.

ANN.Az APA-ya istinadən məlumat verir ki, məzarüstü abidə dekabrın 30-da I Fəxri xiyabanda qoyulub. 
 
Abidənin müəllifi, xalq rəssamı Natiq Əliyev, memarı Tərlan Həsənovdur. Xalq rəssamı Natiq Əliyev APA-ya açıqlamasında bildirib ki, məzarüstü abidənin hazırlanmasında Zəlimxan Yaqubun "Bir əlim torpaqda, bir əlim haqda” misrası əsas götürülüb: "Abidə 8 aya başa gəlib. Məzarın üstü cilalanmış qara qranitlə örtülüb. Abidə yarıfiqur formada, ağ mərmərdən yonulub”. 
 
Qeyd edək ki, xalq şairi Zəlimxan Yaqub 2016-cı il, yanvarın 9-da dünyasını dəyişib. Xalq şairi uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. O, 1950-ci il yanvarın 21-də Bolnisi rayonunun Kəpənəkçi kəndində dünyaya gəlib. 1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. 1995-2005-ci illərdə Milli Məclisin deputatı olub. 2008-ci il avqustun 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib. Z. Yaqub I Fəxri xiyabanda dəfn olunub.





www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol