• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqili Teatrın kollektivi ilə Təbrizdə görüş keçirilib

Musiqili Teatrın kollektivi ilə Təbrizdə görüş keçirilib
17.01.2017 19:09
İran İslam Respublikasında keçirilən 35-ci Fəcr Beynəlxalq Teatr Festivalına dəvət olunan Azərbaycan Dövlət Musiqili Teatrının Təbriz səfəri uğurla davam edir.
 
Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, İran İslam Respublikası Mədəniyyət Nazirliyi Şərqi Azərbaycan Ostanlığının Mədəniyyət İdarəsində Musiqili Teatrın kollektivi və Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib. Görüşü giriş sözü ilə İran İslam Respublikasının Azərbaycandakı Mədəniyyət Mərkəzinin rəhbəri doktor Seyid İbrahim İbrahimi açaraq iki ölkə arasında mədəni əlaqələrin son vaxtlar daha da genişləndiyini, ortaq tarixi, adət-ənənələri, mədəniyyət bağları olan xalqlarımızın bu yaxınlığının gələcək nəsillər üçün faydalı olacağını vurğulayıb. "Aprel ayında İran İslam Respublikasında Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi nəzərdə tutulur. Tehranda, İsfahanda və Ərdəbildə Azərbaycan incəsənət ustalarının iştirakı ilə müxtəlif tədbirlər keçiriləcək. Habelə, müştərək tədbirlər planına həm də elmi konfransların, yubiley tədbirlərinin, seminar və görüşlərin keçirilməsi daxildir”, - deyə doktor S. İ. İbrahimi qeyd edib. 

Azərbaycan nümayəndə heyətinin rəhbəri, Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev çıxış edərək Təbrizdə Azərbaycan tarixinə, mədəniyyətinə göstərilən yüksək diqqət və maraqdan məmnun qaldığını söyləyib, 107 yaşlı Musiqili Teatrın Təbrizə səfərinin böyük əhəmiyyət daşıdığını vurğulayıb. "Təbriz teatr mühitində mühüm bir dönüş yaratmış gənc və istedadlı sənət fədaisi Babək Nəhreyn ilə işbirliyi haqqında ilkin razılığa gəlmişik. İnanıram ki, bu qarşılıqlı əlaqələr hər iki tərəf üçün faydalı olacaq”, - deyə Ə. Lalayev bildirib.

Sonda çıxış edən İran İslam Respublikası Mədəniyyət Nazirliyi Şərqi Azərbaycan Ostanlığının Mədəniyyət İdarəsinin müdiri Məhəmməd Məhəmmədgur da ölkələrimiz arasında genişlənən əlaqələrə xüsusi önəm verildiyini qeyd edib. "Dünənlə bu gün arasında körpü olan bu əlaqələrin gələcəkdə də genişlənməsi dövrün, zamanın tələbidir”, - deyə Məhəmməd Məhəmmədgur söyləyib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol