• $
  • €
  • ₽
  • ₺
  • £

Əfsanəvi “CinemaPlus Azerbaijan” kinoteatrın təntənəli açılışı

Əfsanəvi “CinemaPlus Azerbaijan” kinoteatrın təntənəli açılışı
24.01.2017 13:36
Yanvarın 21-də, bir müddət öncə fəaliyyətini dayandıran, əfsanəvi "CinemaPlus Azerbaijan” kinoteatrın təntənəli açılışı baş tutub.

Həmin gecənin qonaqları yerli ulduzlar, sahibkarlar, iri təşkilat rəhbərləri, aktyorlar, ifaçılar, televiziya aparıcıları, rejissorlar, prodüserlər, bloqqerlər, bomond və KİV nümayəndələri olublar.

Kinoteatrın qarşısında nəhəng tent quraşdırılıb və milli yeməklərdən ibarət furşet təşkil olunub. Gecənin ən yaddan qalan anı, musiqiçilərin ifaları olub, hansılar ki, milli nağaranı klassik Azərbaycan musiqisi ilə uyğunlaşdırıblar.

Açılışda "CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə qeyd etmişdir ki, əfsanəvi kinoteatrın məhz "CinemaPlus” tərəfindən yenidən istifadəyə verilməsi ilə fəxr edir. Həmçinin qonaqları "CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktorunun müavini Cəfər Axundzadə salamlayıb.

Fəxri qonaq qismində Azərbaycan Respublikasının xalq artisti və kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova olub. O, kinoteatrın tarixçəsinə dair öz xatırlamaları ilə bölüşüb: "Mən, əminəm ki, bu kinoteatr çox uğurlu olacaq. Çünki, məhz burada biz ən yaxşı və ən maraqlı filmləri izləmişik. Çox istərdim ki, tamaşaçılar zəngin tarixi olan kinoteatra gəlsinlər. Biz çox istəyirik bu kinoteatrı, və mən əminəm ki, bura necə bizim sevimli yer olacaqsa, elə də sizin sevimli yeriniz olacaq!”

Tədbir, rejissoru Emir Kusturitsa olan "Səma yolu ilə” filminin premyerası ilə başa çatıb. Rejissor, məhz özü də filmdə məşhur italyan aktrisa Monika Belluççi ilə birgə baş rolu oynayıb. Film Bosniya müharibəsi dövründə olmuş məhəbbət tarixçəsindən bəhs edir.

Kinoteatr dünya stardartlarına cavab verən 2 mərtəbədən ibarətdir. 3 zal və 190 oturacaq yeri var. Zallar rahat və yüksək keyfiyyətli kreslolar ilə təchiz olunub.

Xüsusi zövq ilə layihələndirilmiş VIP zalda tamaşaçılar ayrıca masası olan kreslolarda film izləmək və VIP-bar xidmətlərindən istifadə edə bilərlər.

Bundan əlavə kinoteatrda birinci mərtəbədən ikinci mərtəbəyə qalxmaq üçün xüsusi liftlər quraşdırılıb. Onların köməyi ilə həm VİP zalın tamaşaçıları növbə gözləmədən zala daxil ola, həmdə fiziki qüsurlu insanlar əlil arabaları ilə rahat şəkildə ikinci mərtəbəyə qalxa bilərlər. Həmçinin əlil arabalı üçün zallarda xüsusi yerlər quraşdırılıb.

Popkornsuz və soyuq içkilərsiz film izləmək təsəvvüredilməzdir. Kinoteatrda 4 növdə popkorn, şəkərli pambıq, buzlu alkoqolsuz kokteyllər və başqa içkilər təklif olunur.

Tədbirin həyata keçməkdə dəstək olan şirkətlər: Amapola Exclusive Events, dublyaj studiyası Cinemazadeh, Cinema Distribution və TNT.

Həmçinin qeyd etmək istəyirik ki, "CinemaPlus” kinoteatrlar şəbəkəsinə daxildir: "CinemaPlus 28 Mall”, "CinemaPlus Ganjlik Mall”, "CinemaPlus Aygün City”, "CinemaPlus Amburan Mall” və Gəncə şəhərində yerləşən "CinemaPlus Khamsa”.












www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol