• $
  • €
  • ₽
  • ₺
  • £

“Kovçeq”in direktoru Gənc Tamaşaçılar Teatrında

“Kovçeq”in direktoru Gənc Tamaşaçılar Teatrında
25.01.2017 22:03
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Sankt - Peterburqun məşhur eksperimental teatrı "Kovçeq”in direktoru Olqa Luçitskayanı qəbul edib.
 
Teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Mübariz Həmidovla görüşən O.Luçitskaya rəhbərlik etdiyi teatr, onun tarixi, səhnələşdirilən əsərlər və beynəlxalq teatr əlaqələrinin gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb.

Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov da öz növbəsində Dövlət Gənc Tamaşaçılar Teatrının tarixi, aktyorları, hazırlanan tamaşalar, teatrın əldə etdiyi mükafatlar, xarici ölkə teatrları arasındakı yaradıcılıq münasibətləri haqqında ətraflı məlumat verərək Azərbaycan teatrının hazırda intibah dövrünün yaşamasını, ölkə rəhbərliyinin Azərbaycan teatr sənətinə yüksək diqqət və qayğı göstərməsini qonağın diqqətinə çatdırıb.

Ortaq işbirliyi haqqında fikir mübadiləsi aparan iki teatr rəhbəri gələcəkdə maraqlı bir layihənin həyata keçirməyin mümkün olduğunu qeyd ediblər. 

Sankt-Peterburq teatrının rəhbəri Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarı ilə tanış olduğunu və bu ilin yaz-payız aylarında ADGTT-nın "Bir gecənin nağılı” tamaşasını Piter tamaşaçılarına təqdim edilməsi arzusunda olduğunu bildirib. 

Mübariz Həmidov təklifi dəyərləndirərək, qonaq teatrın bir tamaşasının Azərbaycan tamaşaçılarına göstərilməsinin mümkün olduğunu qeyd etmişdir. 


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol