• $
  • €
  • ₽
  • ₺
  • £

“CinemaPlus” “Xoca” filmini pulsuz nümayiş etdirəcək

“CinemaPlus” “Xoca” filmini pulsuz nümayiş etdirəcək
24.02.2017 20:00
Fevral ayın 26-da Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar premium sinfindən olan "CinemaPlus” kinoteatr şəbəkəsində rejissoru Vahid Mustafayev olan "Xoca” filminin pulsuz nümayişləri keçiriləcək. Filmdə Qarabağ müharibəsi dövründə iki sevgilinin faciəvi taleyindən danışılır. "Xoca” filmi Xocalının tam faciəsini bütünlüklə əks etdirən ilk tammetrajlı film hesab olunur.

Baş rollarda İlqar Musayev, Nigar Bahadurqızı, Elmira Yaqubova, Mina Sovetskaya, Azər Aydəmir həmçinin, Azərbaycanın əməkdar artisti Telman Əliyev və Azərbaycanın xalq artisti Nəcibə Hüseynova çəkilib.

Film haqqında: İki gənc - Ələkbər və Günel evlənmək qərarı verirlər və ərizə verib nikah növbəsinə dayanırlar. Toy gününü 1992-ci il 25 fevral tarixinə salırlar, lakin tezliklə kəşfiyyat zabiti Ələkbəri artıq müharibə gedən Qarabağa, Xocalı şəhərinə çağırırlar. Toy ərəfəsində, Bakıya qayıtmağı hazırlaşarkən, məlum olur ki, şəhər ermənilər tərəfindən mühasirəyə alınıb. O seçim etməlidir: Bakıya qayıtmaq, harada ki, onun nişanlısı Günel gözləyir, və ya yoldaşları ilə şəhərdə qalıb döyüşə hazırlaşmaq...

Digər cütlük – Ələkbərin döyüş dostu Yura Çyornıy (prototip – Azərbaycanın Milli qəhrəmanı Yuriy Kovalev) və sadə teleqrafçı Mehriban. İlk əvvəl onlar bir-birilərinə soyuq münasibət göstərirlər, lakin doğma vətənin qorumaq vaxtı çatanda onlar arasında bir-birilərinə əsl hisslər yaranır. Xocalının bombardman olunmasından sonra Mehriban baba və nənəsini itirir, bundan sonra o, əlində silah ilə öz doğma şəhərinin müdafiəsinə qalxır.

Qeyd etmək istəyirik ki, həmin gün "CinemaPlus” şəbəkəsinin hər kinoteatrının bir zalında "Xoca” filminin 6 seansı nümayiş olunacaq. Həmçinin seanslardan komediya janrında olan bütün filmlər çıxarılacaq.
 


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol