• $
  • €
  • ₽
  • ₺
  • £

Məhəmməd peyğəmbər haqqında gizlədilən film

Məhəmməd peyğəmbər haqqında gizlədilən film
26.02.2017 18:26
Dünyada Məhəmməd peyğəmbərlə bağlı ilk film 1920-ci illərdə çəkiləcəkmiş,  bu iddia ilə Türkiyədə kino üzrə araşdırmaçı Alican Sekmeç çıxış edib.

Onun sözlərinə görə, 1924-cü ildə Amerikanın məşhur kino ulduzu Betti Bluz və rejissor Edvard Jose türkiyəli ssenarist Vedat Örfi Büngü ilə tanış olub: "Onlar Bengüdən Məhəmməd peyğəmbərin həyatı ilə bağlı ssenari yazmasını istəyirlər. Bengü 1925-ci ilin ilk aylarında ssenarini başa çatdırdı və 10 min frank aldı. O, filmdə baş rolu misirli Yusif Vehbiyə təklif etdi. Lakin Vehbi təklifi qəbul etmədi. Belə olanda filmi çəkən şirkət Almaniyadan Krausu və Bengünü Misirə göndərdi. Onlar Vehbini razı saldılar. 1948-ci ildə Bengü danışır ki, filmin adı "L'Amour de l'Emir" (Əmirin eşqi) olacaqmış. Bu filmə misirli rəsmilər də dəstək verəcəklərini deyiblər. Lakin filmin çəkilişləri baş tutmur".

A.Sekmeç bildirib ki, buna səbəb Misirin müftilər şurasının filmə qarşı çıxması olub.

"1926-cı ilin 17 mayında Qahirədə dərc olunan "El-Masrah" jurnalında yayımlanan imzasız xəbər Misir üləmalarını hərəkətə keçirmişdi. Yazıda "beynəlxalq bir film şirkəti Misirə gəldi və Məhəmməd peyğəmbərin filmini çəkəcək. Yusif Vehbi Həzrət Məhəmmədi oynayacaq. Bu rol üçün Yusif Vehbidən foto istənilib, o da verib" deyə bildirilir. Vehbidən foto istənilməsi bu ehtimalı ortaya çıxarırdı ki, filmdə peyğəmbərin üzü də çəkiləcəkmiş", - deyə o bildirib.

A.Sekmeç qeyd edib ki, bu xəbərlərdən sonra Vedat Örfi Bengü və komandası Misirdə həbs olundular: "24 gün həbsxanada qaldılar. Film çəkilişindən imtina edəndən sonra azadlığa buraxıldılar. Beləliklə, həmin ssenari çəkilmədi".

Qeyd edək ki, Məhəmməd peyğəmbərin həytından bəhs edən yeganə film "Çağrı" 1976-cı ildə çəkilib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol