• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın “Eurovision” mahnısı ilə bağlı qalmaqal

Azərbaycanın “Eurovision” mahnısı ilə bağlı qalmaqal
28.04.2017 20:40
Ermənistanı ötən il "Eurovision” mahnı müsabiqəsində təmsil edən İveta Mukuçyan Dihajın ifa etdiyi "Skeletons” barədə iddia irəli sürüb.

ANN.Az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, həmin iddianı eschalley.com "Eurovision” xəbər saytı dərc edib.

Məqalədə qeyd olunub ki, ötən gün Almaniyada yayımlanan "Eurovision” proqramında İveta qonaq olub. Müğənni bu il yarışmada iştirak edən 10 sənətçinin mahnısı barədə fikir bildirib. 
İveta Sandra Bjurman və İsa Məlikovun müəllifi olduğu və Azərbaycan təmsilçisinin oxuduğu "Skeletons”un birinci onun üçün yazıldığını söyləyib:

"Bu mahnını bilirəm. Ötən il mənə də göndərilmişdi. Ancaq mən qəbul etmədim. Mahnı yazılarkən mən də orada idim. Hər şeyi bərabər hazırladıq”.

Qafqazinfo mövzu ilə bağlı İTV-nin İctimaiyyətlə əlaqələr departamenti ilə əlaqə saxlayıb. 
Bildirilib ki, İveta hüquqi bir şəxs olmadığı üçün onun ittihamına cavab verilməyəcək:

"İveta Mukuçyan yarışmanın iştirakçısı deyil. O, heç bir rəsmi qurumu təmsil etmir. Belə çıxır ki, Mukuçyan hüquqi nöqteyi-nəzərdən adi bir vətəndaşdır. 

Bizim şirkət kimi hər bir siravi vətəndaşın qeyd elədiyi müəyyən fikirlərə reaksiya verməyimiz düzgün olmaz. Hər hansı bir rəsmi qurum ittiham səsləndirsəydi, cavab verərdik. Qeyd edərdik ki, bu, provekasiyadır, iftiradır, böhtandır. Lakin o, səlahiyyətli şəxs olmadığı üçün bu mövzuda reaksiya verməyəcəyik. 

Bu məqamda qeyd edək ki, belə bir hadisə təkcə bu il baş verməyib. "Eurovision – 2016”-da Azərbaycan təmsilçisi Səmra Rəhimlinin "Miracle” mahnısı da əvvəlcə isveçli müğənni Molly Pettersson Hammar üçün yazılıb. Lakin o, mahnını ifa etməyib, seçimi başqa mahnıdan yana olub. 

Xatırladaq ki, Sandra Bjurman Safura Əlizadənin "Drip drop”, Səmra Rəhimlinin "Miracle”,  Ell and Nikkinin "Running scared”, Səbinə Babayevanın "When the music dies” mahnılarının söz yazarıdır.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol