• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Almaniyaya etiraz etdi

Azərbaycan Almaniyaya etiraz etdi
12.05.2017 16:20
Azərbaycan Müəllif Hüquqları Agentliyi Almaniyanın Hannover şəhərindəki Junge Oper Hannover ‎teatrı tərəfindən Nizami Gəncəvi və onun "Leyli və Məcnun” əsəri ilə bağlı yol verilmiş yanlışlıqlara münasibət bildirib.

Oxu.Az-ın Agentliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, son günlər kütləvi informasiya vasitələrində Almaniyanın Hannover şəhərindəki Junge Oper Hannover ‎teatrı tərəfindən Nizami Gəncəvinin "Leyli və Məcnun” poeması əsasında hazırlanmış operanın afişalarında Nizami Gəncəvinin fars şairi kimi təqdim edilməsi barədə müxtəlif yazılar gedir:

"Məsələ ilə bağlı Azərbaycanın Almaniyadakı səfirliyi məlumatlandırılıb, eyni zamanda Nizami Gəncəvi haqqında agentlik tərəfindən tarixi mənbələr əsasında hazırlanmış geniş arayış sözügedən teatra təqdim olunmaq üçün səfirliyə göndərilib. Səfirlikdən agentliyə daxil olmuş məktubda qeyd olunub ki, qurum Nizami Gəncəvi və onun "Leyli və Məcnun” əsəri ilə bağlı yol verilmiş yanlışlıqların aradan qaldırılması üçün teatrın rəhbərliyinə məktub göndərib, eyni zamanda agentliyin hazırladığı arayış onların diqqətinə təqdim edilib və sözügedən səhvlərin aradan qaldırılması istənilib”. 

Agentliyin məlumatında bildirir ki, teatr tərəfindən səfirliyə cavab məktubu göndərilib. Məktubda təqdim edilmiş məlumatlara görə təşəkkür ifadə olunub və müvafiq düzəlişlərin edildiyi bildirilib:

"Əlavə araşdırma göstərib ki, həqiqətən teatrın internet və "Facebook” səhifələrində "Leyli və Məcnun” hekayəsinin fars nağılı, Nizami Gəncəvinin isə guya fars şairi olması barədə məlumatlar çıxarılıb. Lakin düzəlişlərdən sonra Nizami Gəncəvi "orta əsrlər şairi” kimi göstərilib, onun Azərbaycan şairi olduğu qeyd edilməyib. Bununla bağlı səfirliyin narazılığı bir daha teatrın rəhbərliyinə çatdırılıb”.

Məsələ agentliyin diqqət mərkəzində saxlanılır. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol