• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı yazıçı-alim vəfat edib

Azərbaycanlı yazıçı-alim vəfat edib
15.05.2017 09:40
Moskvada tanınmış azərbaycanlı yazıçı, tarixçi və şərqşünas alim Əbdül Hüseynov vəfat edib.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, tanınmış yazıçı ömrünün 92-ci ilində dünyasını dəyişib.
 
Qeyd edək ki, Əbdül Ənbi oğlu Hüseynov 1925-ci il, oktyabrın 27-də Bakıda anadan olub. Əbdül Hüseynov yeddi monoqrafiyanın, 20-dən çox tarixi povest və romanın, 7 bədii film ssenarisinin, sosial-iqtisadi problemlərə və mədəniyyətə dair 500-dək məqalənin, kinofilmlərə yazılmış çoxsaylı resenziyaların müəllifidir. "Səlahəddin”, "Mustafa xanın xəzinəsi”, "Əkinçi taxtda”, Ə.Xaqaninin həyatına həsr olunmuş "Şirvanlı zəvvar”, "Abşerondan Ontarioyadək”, "Arzamaslı qız”, "Biz əslən Bakıdanıq” və oxucuların maraqla qarşıladıqları bir sıra digər tarixi romanlar və povestlər onun qələminə məxsusdur. Onun əsərləri ingilis, alman, fransız, ispan və ərəb dillərinə tərcümə edilərək, Azərbaycanda, İranda, Türkiyədə, Kanadada, Bolqarıstanda, Monqolustanda və Rusiyada çap olunmuşdur. O, "Yılmaz Günel”, "Mövsün Ərtoğrul”, "Türk kinosu” və sair monoqrafiyaların müəllifidir.
 
Ə.Hüseynovun təkcə yaradıcılığı deyil, həyatı da Azərbaycanla bağlıdır. Moskvada və Bakıda çapdan çıxmış "XX əsrin 100 nəfər tanınmış azərbaycanlısı” kitabı buna əyani sübutdur.  Azərbaycan Yazıçılar İttifaqının üzvü olan Ə. Hüseynov həm də Ümumrusiya Azərbaycan Konqresi və Azərros Federal Milli Mədəni Muxtariyyətinin Mərkəzi Şuralarının üzvü də olub.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol