• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda Türkiyənin məşhur caz qrupu konsert verdi

Bakıda Türkiyənin məşhur caz qrupu konsert verdi
09.06.2017 11:27
İyunun 7-də Bakıda Beynəlxalq Muğam Mərkəzində beynəlxalq caz layihəsi təqdim olunub. Tədbir Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təqdimat Müşavirliyi ilə yanaşı, Fransa və Belçikanın ölkəmizdəki səfirliklərinin dəstəyi ilə baş tutub.

Bakılılara yay mövsümü ərəfəsində təqdim olunan caz layihəsində Türkiyə, Fransa və Belçikanın dünyaca məşhur musiqiçiləri iştirak ediblər. Azərbaycanı isə istedadlı cazmen və bəstəkar Elçin Şirinov təmsil edib.

Tədbirin açılış mərasimində çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral caz layihəsinin əhəmiyyətindən danışaraq qeyd edib ki, ölkələrimiz arasında mədəni əlaqələrin inkişafında musiqinin çox böyük rolu var.

Diplomat bildirib ki, iki qardaş ölkə arasında bütün sahələrdə mövcud olan tərəfdaşlıq əlaqələri birlik və bərabərliyin göstəricisidir: "Türkiyənin uğuru Azərbaycanın, Azərbaycanın uğuru isə Türkiyənin uğurudur”.

İlk olaraq səhnəyə Türkiyənin "Önder Focan ve Şalliel Bros” qrupu çıxıb.

Türkiyənin caz ifaçılarının möhtəşəm konsertindən sonra oruc tutanlar üçün iftar süfrəsi açılıb.

Qeyd edək ki, Türkiyənin məşhur caz ifaçısı, bəstəkar-aranjemançı Önder Focan 13 albom buraxıb. Tanınmış cazmen 90-dan artıq beynəlxalq festivalda həm münsiflər heyətinin üzvü, həm də ifaçı kimi iştirak edib. O, ətrafında istedadlı və cavan musiqiçiləri toplayaraq birgə "Funkbook” albomunu yazıb. Layihədə məşhur saksofonçu qardaşlar Anil və Batuhan Şalliel iştirak ediblər.

Daha sonra səhnəyə Elçin Şirinovun rəhbərlik etdiyi Azərbaycan-Fransa-Belçika caz triosu – Elçin Şirinov, Linley Marthe və Stephane Galland çıxıb.

Dinləyicilər müxtəlif ifa üslubları ilə tanış olaraq mədəniyyətlərin unikal musiqi sintezindən zövq almaq imkanı əldə ediblər.
 
 





www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol