• $
  • €
  • ₽
  • ₺
  • £

Xalq artisti ölümlə mübarizə aparır

Xalq artisti ölümlə mübarizə aparır
05.07.2017 11:59
Böyükxanım Əliyeva hazırda Semaşko xəstəxanasının reanimasiya şöbəsindədir. Qan vurulur. Həkimlər qanaxmanı dayandırmağa çalışırlar. Mənfi rezuslu üçüncü qrup qana böyük ehtiyac var. Xalq artistimizə kömək lazımdır. Donorluq etmək istəyənlərdən xahiş edirik ki, xəstəxanaya müraciət etsinlər.

anews.az-ın teleqraf-a istinadən verdiyi məlumata görə, Azərbaycanın xalq artisti Böyükxanım Əliyevanın kürəkəni, tanınmış aktyor və rejissor Qurban Məsimov aktrisanın  vəziyyətinin yavaş-yavaş yaxşılığa doğru getdiyini söyləyib: "Xalq artistimiz hazırda ciddi şəkildə müalicə alır. Şükür, vəziyyəti stabildir. Lakin həkimlər xeyli qana ehtiyac olduğunu deyiblər. Onlar xalq artistinin hemoqlabinini qaldırmağa çalışırlar. Qorxulu bir şeyin olmadığını söyləsələr də, biz çox narahatıq”.

Qurban Məsimov Böyükxanım xanımın 2 gün əvvəl vəziyyətinin pisləşdiyini bildirib: "Onun vəziyyəti 2 gün bundan öncə pisləşdi və biz onu dərhal xəstəxanaya apardıq. Həkimlər onikibarmaq bağırsaqda yerləşən yaranın qanadığını və qanaxmanın təhlükəli olduğunu bildirdilər. Ordakı kapilyarlardan biri partlayıb və nəticədə belə güclü qanaxma başlayıb. Mədəsində olan yara buna səbəb olub”.

Azərbaycanın xalq artisti Böyükxanım Əliyevanın müalicəsi hazırda davam edir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol