• $
  • €
  • ₽
  • ₺
  • £

“CinemaPlus Azerbaijan” kinoteatrında əməkdaşlığa dair memorandum imzalanıb

“CinemaPlus Azerbaijan” kinoteatrında əməkdaşlığa dair memorandum imzalanıb
06.07.2017 17:05
Bakı, 06 iyul: "CinemaPlus Azerbaijan” kinotetarında "Azərbaycan-2017 Heyluntzyan televiziya həftəsi”nin təntənəli açılış mərasimi baş tutub.

Tədbir çərçivəsində Space Müstəqil televiziya kanalı və Heyluntzyan televiziyası arasında əməkdaşlığa dair memorandum imzalama mərasimi baş tutmuşdur.

Həmçinin Heyluntzyan televiziyası, Space Müstəqil televiziya kanalı və Avrasiya Televiziya və radio Akademiya arasında əməkdaşlığa dair üçtərəfli memorandum imzalanması baş tutmuşdur. Memorandumu Space telekanalının rəhbəri Vaqif Mustafayev, Heyluntzyan televiziya və radio yayımının direktor müavini Çjao Hunyan və Avrasiya televiziya və radio akademiyasının prezidenti Valeriy Ruzin imzalamışdılar.

Mərasimdə çıxış edən Space telekanalının rəhbəri, Avrasiya televiziya akademiyasının birinci vitse-prezidenti, Azərbaycanın xalq artisti Vaqif Mustafayev Azərbaycan və Çin arasında əməkdaşlığı yüksək qiymətləndirib.

Tədbirdə həmçinin Avrasiya Televiziya və radio Akademiyasının prezidenti Valeriy Ruzin, Heyluntzyan əyalətinin KPK partiya komitəsinin təbliğat və təşviqat şöbəsinin müdirinin birinci müavini Yan Dyantzyun, Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Li Tzinsun, tədbirin fəxri qonağı Türkiyənin Azərbaycandakı səfiri Erkan Ozoral, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev çıxış etmişdilər.

"Azərbaycan-2017 Heyluntzyan televiziya həftəsi”nin təntənəli açılış mərasimindən sonra "Sağlamlıq aləminə səyahət” sənədli filminin təqdimatı baş tutmuşdur.

«CinemaPlus Azerbaijan» kinoteatrının fasadında yerləşən kafe "Jasmin Terrace” tədbirin təşkil olunmasında öz köməkliyini göstərmişdir.

"CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.
 
 
 




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol