• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı tarixçi-alimin kitabı Rusiyada çap olunub

Azərbaycanlı tarixçi-alimin kitabı Rusiyada çap olunub
14.07.2017 10:55
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun "Azərbaycan-Rusiya əlaqələri tarixi” şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Sevinc Əliyevanın "Azərbaycan Xalq Cümhuriyyəti və Şimali Qafqazın dövlət qurumları 1918-1920-ci illərdə” adlı kitabı (rusca) Rusiyada çap olunub.


Bu kitab Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı sərəncamına əsasən AMEA-nın Tarix İnstitutunda Elmi Şuranın qərarı ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq işıq üzü görüb.


Rusiya Federasiyasının Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının filialı olan Cənubi Rusiya İdarəetmə İnstitutunun Hüquqi Tədqiqatlar Mərkəzinin direktoru, professor Dəmir Şapsuqovun dəstəyi ilə "Qafqaz xalqlarının dövlət və hüququ” layihəsi çərçivəsində çap olunmuş Sevinc Əliyevanın kitabının elmi redaktorları professor Aleksey Çikovani və tarix üzrə fəlsəfə doktoru Eldar Abbasov, rəyçilər isə professor İqor Turitsın və dosent Firdovsiyyə Əhmədovadır.


S.Əliyeva geniş arxiv materialları əsasında Azərbaycan Xalq Cümhuriyyətinin 1918-1920-ci illərdə Şimali Qafqazda mövcud olmuş dövlət qurumları – Dağlı Respublikası, Şimali Qafqaz əmirliyi və Nəcməddin Qotsinskinin imamlığı ilə əməkdaşlığı və qarşılıqlı əlaqələri izləyərək, Azərbaycan Xalq Cümhuriyyəti ilə onların birləşmək ideya və planlarını, Şimali Qafqaz xalqlarının müstəqillik uğrunda mübarizəsinə Azərbaycan xalqı və Cümhuriyyət hökuməti tərəfindən göstərilən yardımı dərindən araşdırıb.


Xatırladaq ki, 2017-ci ilin iyun ayında Rusiya Federasiyasının subyekti Kabarda-Balkar Respublikasının paytaxtı Nalçik şəhərində yerləşən X.M.Berbekov adına Kabardin-Balkar Dövlət Universitetində keçirilmiş beynəlxalq konfrans çərçivəsində "Azərbaycan Xalq Cümhuriyyəti və Şimali Qafqazın dövlət qurumları 1918-1920-ci illərdə” adlı kitabın təqdimatı olub. Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov həmin konfransda "Azərbaycan xalqının etnik-siyasi tarixinə dair” mövzusunda məruzə ilə çıxış edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol