• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın əməkdar artisti vəfat etdi

Azərbaycanın əməkdar artisti vəfat etdi
14.08.2017 20:11
Azərbaycanın əməkdar artisti Mərdan Feyzullayev vəfat edib.

Mədəniyyət və Turizm Nazirliyindən Publika.az-a verilən məlumata görə, sənətkar avqustun 13-də 58 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, M.Feyzullayev 1959-cu il fevralın 3-də Şəki şəhərinin Kiş kəndində anadan olub. O, 1979-1983-cü illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnctitutunun "Dram və kino aktyorluğu” fakültəsində, 1984-1989-cu illərdə B.Şukin adına Moskva Ali Teatr İnstitutunun "Rejissorluq" fakültəsində təhsil alıb. 1983-cü ildə Şəki Dövlət Dram Teatrında aktyor kimi yaradıcılıq yoluna qədəm qoyan M.Feyzullayev 1985-1989-cu illərdə həmin sənət ocağında quruluşçu rejissor, 1989-1998-ci illərdə isə baş rejissor vəzifəsində işləyib.

M.Feyzullayev müxtəlif illərdə Şəki teatrında M.F.Axundzadənin "Hacı Qara” dramında Xudaverdı, U.Şekspirin "Romeo və Cülyetta” faciəsində Paris, K.Çapekin "Ağ xəstəlik” əsərində Professor, K.Morlonun "Böyük Teymurləng” tarixi dramında Çingiz xan, C.Məmmədquluzadənin "Sizi deyib gəlmişəm” əsərində Pristav, B.Vahabzadənin "Dar ağacı” dramında Ibn Süheyl, N.Dumbadzenin "Ağ bayraqlar”ında Meburişvili və s.bu kimi obrazlar yaratmaqla yanaşı həmin teatrda C.Məmmədquluzadənin "Dəli yığıncağı” və "Danabaş kəndinin məktəbi”, H.Cavidin "Iblis”, N.Dumbadzenin "Ağ bayraqlar”, M.Bulqakovun "Ustad və Marqarita”, B.Vahabzadənin "Dar ağacı”, Ə.Nesinin "Sən Qara deyilsən”, İ.Drutsenin "Kürən yabı”, S.Vannusun "O şah ya qeyrisi, şah elə şahdır”, Ç.Aytmatovun "Əsrə bərabər gün”, S.Qədirzadədənin "Gurultulu məhəbbət”, Anarın "Təhminə və Zaur”, M.Bayciyevin "Duel”, V.Səmədoğlunun "Yayda qartopu oyunu”, R.Xəlilzadənin "Meşəbəyi”, S.Vurğunun "Vaqif” tamaşalarına maraqlı quruluşlar verib.

M.Feyzullayev 1999-cu ildən Moskvada yaşayırdı. O, Moskva şəhərində fəaliyyət göstərən "Dərviş" Azərbaycan Teatrının direktoru və bədii rəhbəri idi. Rusiyada yaşayarkən sənətkar "Na Perovskoy” Moskva Dram Teatrında "Göydən üç alma düşdü”, Simonov adına Moskva Dram Teatrında E.Fedotovun "Moskvasayağı reinkornasıya”, Moskva "Kölgə” Teatrında "Gözə görünməz yollar ilə...”, Moskva Komediya Teatrında Ə.Nesinin "Öldür məni, əzizım!”, S.Vannusun "O şah, ya qeyrisi”, S.Mrojekin "Serenada”, Moskva "Zümrüd quşu” Teatrında Y.Kimin " Bataqlıqdakı möcüzələr”, Yerşovun "Qozbel at”, R.Kiplinqin "Fil balası”, V.Rabadanın "Balaca mələk”, E.Şvartsın "Kralın yeni libası”, V.Qaufun "Soyuq ürək”, K.Qotsinin "Qarğa”, E.Uspenscinin "Sehirsaz Bəhram”, Moskva Azərbaycan "Dərviş” Teatrında M.F.Axundzadənin "Lənkəran xanının vəziri”, Elçinin "Şekspir”, B.Vahabzadənin "Gülüstan”, Ü.Hacıbəylinin "Arşin mal alan”, N.Gəncəvinin "Leyli və Məcnun”, C.Məmmədquluzadənin "Anamın kitabı” kimi janr etibarilə rəngarəng tamaşalar hazırlayıb.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol