• $
  • €
  • ₽
  • ₺
  • £

“CinemaPlus Azerbaijan”da əsrin döyüşü

“CinemaPlus Azerbaijan”da əsrin döyüşü
23.08.2017 11:40
Bakı, 23 avqust: "CinemaPlus Azerbaijan” və "CinemaPlus Gənclik Mall” premium kinoteatrları 27 avqust səhər saat 07:30-da çoxdan gözlənilən "The money fight” döyüşü nümayiş etdirəcəklər. Qarşıdurma amerikalı boksçu Floyd Meyvezer-kiçik ilə hazırkı UFC çempionu olan irlandiyalı Konor Makqreqor aralarında baş tutacaq.

Lakin heç bir aparıcı boks qurumları bu döyüşü rəsmi kimi təsdiq etmək niyyətində deyillər.

Tarixi döyüşün keçirilmə məkanı Las-Veqas olacaq

Hər bir döyüşçü döyüşə görə 100 milyon ABŞ dolları alacaq. Döyüş iştirakçılarının və təşkilatçıların ümümi gəliri isə təxmin 636 milyon dollar olacaq.

Money ləqəbli amerikalı döyüşçü Floyd Meyvezer-kiçik tarixdə ən çox qazanan boksçudur. O, bütün karyerası boyu 49 döyüş keçirib və hamısında qələbə qazanıb, 26 döyüşü isə - nokautla başa vurub. 

Sonuncu dəfə o, rinqə 2015-ci ildə çıxıb. Boks karyerasını məhz Makqreqor ilə münasibətlərini aydınlaşdırmaq üçün 2017-ci ilin mart ayında bərpa etmək qərarına gəlib.

Konor Makqreqor Floyd Meyvezer-kiçikdən 11 yaş balacadır. Qarışıq döyüşlərdə 24 döyüş keçirib, onlardan 21-də qələbə qazanıb (18 nokautla), üçündə isə məğlub olub. O, UFC tarixində eyni zamanda müxtəlif çəki kateqoriyalarında ikiqat çempion olan ilk döyüşçüdür.

Tələsin, biletlərin sayı məhduddur!

"CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etməyə və kino dünyasının ən yaxşı premyeraları ilə Sizi sevindirməyə hazırdır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol