• $
  • €
  • ₽
  • ₺
  • £

Film Fondunda kino müşavirəsi keçirilib

Film Fondunda kino müşavirəsi keçirilib
01.09.2017 17:38
Dövlət Film Fondunda Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyevin iştirakı ilə Azərbaycan kinosunun gələcək inkişafına həsr olunan müşavirə keçirilib.

Anews.az kulis.az-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Ədalət Vəliyev ölkəmizdə kinonun inkişafı istiqamətində atılan addımlardan danışıb. Nazir müavininin sözlərinə görə, son 10 ildə ölkəmizdə 44 tammetrajlı bədii film, ümumilikdə isə 344 film çəkilib: "Bu illər ərzində Azərbaycan filmləri 50-dən artıq ölkədə 200-dən çox beynəlxalq kinofestivalda nümayiş etdirilib, ən yaxşı film, dəfələrlə ən yaxşı aktyor, rejissor, ssenari nominasiyasında qalib olub. Bu gün Azərbaycan kino sənəti beynəlxalq səviyyədə layiqincə təqdim edilir".

Görülən işləri yüksək qiymətləndirən nazir müavini bununla yanaşı müasir Azərbaycan kinosunun qarşısında duran vəzifə və məqsədlər haqqında danışaraq müvafiq qurumlara tapşırıqlar verib.

Tədbirdə "Azərbaycanfilm"  kinostudyası, Dövlət Film Fondu, "Yaddaş" və "Salnamə" studiyalarının kollektivi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının nümayəndələri iştrak edib.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol