• $
  • €
  • ₽
  • ₺
  • £

“Emmi” mükafatının qalibləri məlum oldu - FOTOLAR

“Emmi” mükafatının qalibləri məlum oldu - FOTOLAR
18.09.2017 23:25
"Emmi” mükafatının nominantları iyul ayında açıqlanıb. 69-cu mükafatlandırma mərasimi 17 sentyabrda Los-Ancelesdə baş tutub.

anews.az Reuters-ə istinadən xəbər verir ki, "The Handmaid's Tale” serialı əsas mükafata sahib olub. Həmin serialda baş rolu ifa edən Elizabet Moss "Dram janrında ən yaxşı aktrisa” nominasiyasında qalib gəlib.

"Veep” "Ən yaxşı komediya serialı”, aktrisa Culiya Luis-Dreyfus isə 6-cı dəfə bu janr üzrə "Ən yaxşı aktrisa” seçilib

"Dram janrında ən yaxşı aktyor” mükafatına "This Is Us” serialında rol alan Sterlinq Braun, "Komediya serialı üzrə ən yaxşı aktyor” mükafatına isə "Atlanda” serialında rol alan Donald Qlover layiq görülüb.

"İlin ən yaxşı mini serialı” "Big Little Lies” seçilib, həmin serialda çıxış edən Nikol Kidman isə "Mini serialda ən yaxşı aktrisa” mükafatına layiq görülüb. Bu janrda ən yaxşı aktyor "The Night Of” serialında rol alan Riz Əhməd seçilib.

"Komediya serialında ən yaxşı ikinci plan aktyoru” nominasiyasında "Saturday Night Live” şousunda ABŞ prezidenti Donald Trampı parodiya etdiyinə görə Alek Bolduin qalib gəlib. Həmin şouda Hillari Klintonu parodiya edən Keyt Makkinnon isə "İkinci planda ən yaxşı aktrisa” nominasiyasında qalib olub.

"Emmi” mükafatı ABŞ-da televiziya serialları və şouları üçün verilən ən nüfuzlu mükafat hesab olunur.
 










www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol