• $
  • €
  • ₽
  • ₺
  • £

Aprel şəhidi Nicat İsgəndərov haqında film çəkilib - FİLM

Aprel şəhidi Nicat İsgəndərov haqında film çəkilib - FİLM
10.11.2017 22:01
Şəhid Nicat İsgəndərov haqda film çəkilib. 

BiG.AZ xəbər verir ki, 2016-cı ilin aprelində cəbhənin Cəbrayıl istiqamətində Azərbaycan Ordusunun Lələtəpə yüksəkliyini erməni işğalçılarından azad etməsi üçün həyata keçirdiyi uğurlu döyüş əməliyyatları zamanı şəhid olan Nicat Bəhruz oğlu İsgəndərov haqda sənədli film işıq üzü görüb. "Şəhidliyə aparan arzu” adlanan filmdə Nicat İsgəndərovun doğmalarının, müəllimlərinin və silahdaşlarının qəhrəman hərbiçi haqda fikirləri, həmçinin həlak olmamışdan əvvəl yaxınlarına və dostlarına göndərdiyi səsli mesajlar yer alır. Sənədli film Ağdam rayonunda yeni yaradılmış "T.Z Media” qrupu tərəfindən hazırlanıb. Layihənin rəhbəri jurnaslist Teymur Zahidoğlu, müəllifi, "Cümhuriyət” qəzetinin Qarabağ üzrə əməkdaşı Elgün Gəncimsoy, operatorları Ziya İsmayıloğlu, Səxavət Əsədov və Ziyəddin Tağızadə, montajçı isə Nuranə Vəliyevadır. Filmdə Azərbaycan Aşıq havalarından "Ruhani” və Türk dünyasının sevimlisi olan Əhmət Şəfəqin "Məmləkət məsələsi” mahnılarından istifadə olunub. Filmin informasiya dəstəyi Sahil TV internet televiziyasıdır. 

Xatırladaq ki, Nicat Bəhruz oğlu İsgəndərov 4 avqust 1989-cu ildə Tərtər şəhərində anadan olub. 2016-cı ilin aprel ayının 2-də torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancaına şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol