• $
  • €
  • ₽
  • ₺
  • £

Doxsan üç min sözdən ibarət "Azərbaycan dilinin izahlı lüğəti" çap olunub

Doxsan üç min sözdən ibarət "Azərbaycan dilinin izahlı lüğəti" çap olunub
14.11.2017 01:21
Bugünlərdə İstanbulda "Azərbaycan dilinin izahlı lüğəti” işıq üzü görüb. 

Beş cilddə çap edilən lüğətin tərtibçisi uzun illər Fransada yaşayan həmyerlimiz Məmmədəli Tacəhmədidir. 

Xeyli zəhmət və gərgin əmək hesabına ərsəyə gələn "Azərbaycan dilinin izahlı lüğəti” doxsan üç min sözdən ibarətdir. 

Lüğət Azərbaycan dilinin orfoqrafiya qaydaları əsasında ərəb qrafikası ilə tərtib olunub. Hər bir sözə həm Quzey, həm də Güney Azərbaycanın, qədimdən ta bu günə qədər, tanınmış şair və yazıçılarının əsərlərindən nümunələr verilib, sözün hansı mənada, hansı sahədə və nə məqsədlə işləndiyi göstərilib.

Dünyanın ayrı-ayrı ölkələrində yaşayan azərbaycanlıların bir çoxu bu əlifbayla yazıb-oxuduğundan, onların ana dilimizi qoruyub saxlamaları baxımından "Azərbaycan dilinin izahlı lüğəti”nin nəşr olunması mühüm rol oynayır.

Birinci cilddəki giriş sözündə Məmmədəli Tacəhmədi lüğətin ərsəyə gəlməsində Parisdəki Şərq Dilləri və Sivilizasiyaları İnstitutunun keçmiş rəhbəri mərhum professor Lui Bazenə və UNESCO katibliyinin keçmiş əməkdaşı Ramiz Abutalıbova mənəvi dəstəyə görə öz minnətdarlığını bildirir.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol