• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın ilk rok-operası yazıldı

Azərbaycanın ilk rok-operası yazıldı
16.11.2017 15:30
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Azərbaycanın musiqi mədəniyyəti tarixində ilk dəfə olaraq rok-opera yazılıb.

Nazirlikdən anews.az-a verilən məlumata görə, iki il müddətində ərsəyə gələn "Səyyah Sindibad” adlı əsərin müəllifi bəstəkar və müğənni, klassik vokal məktəbinin nümayəndəsi Rizvan Sədirxanovdur. Operanın adı məşhur "Min bir gecə nağılları”nın ən maraqlı hissələrindən olan "Dəniz səyyahı Sindibadın nağılı”ndan götürülüb.

Multikultural layihə olan rok-operada dünya klassiklərinin şeirlərindən nümunələr, ingilis, italyan, çex dilində mətnlər, eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın şeirləri də yer alıb.

Operanın müəllifi Rizvan Sədirxanov yeni əsərin öz marağının bəhrəsi olduğunu bildirib: "Hələ 40 il əvvəl əsərin ilk variantını dostum Azad Hacıyevlə işləmişdim. Həmin dövrdə 25 dəqiqəlik əsər populyar olmuşdu. Hətta ona caz variasiyalar da etmişdilər. Çox xoş oldu ki, cənab nazir Əbülfəs Qarayevin təklifi ilə bu əsərin geniş və daha dolğun variantının hazırlanmasına göstəriş verildi. Ümid edirəm ki, əsər tamaşaya qoyulandan sonra ictimaiyyət və musiqisevərlər tərəfindən daha maraqla qarşılanacaq”.

"Səyyah Sindibad”da tanınmış ifaçılar yer alıb. Əsərdə Mikayıl Rəfiyev (Sindibad), Gülşən İbadova (Zöhrə), Emil Minyaşev (Qoruyucu mələk), Rizvan Sədirxanov (Bosman) çıxış edirlər. Həmçinin tanınmış musiqiçilər Azər Rza, Cavid Səmədov, Şamil Kərimov, Yuliya Motorina, Mila Rzayeva, İsmayıl Yakubov, İlham Nəzərov, Nərgiz Əlizadə, Ədalət Şükürov və digərləri də rok-operanı ifa edirlər.

Operanın musiqi prodüseri Emil Minyaşev, rəssamı Marina Kuznetsovadır. Ariyaların mətnləri Leyla Əliyeva, Azad Hacıyev, Rafael Hüseynov, Alessandro Milani, İosef Sladek, Şəmsi Qacar, Nikolay Qumelyova və başqalarına məxsusdur.

Bir saat 40 dəqiqəlik əsər Azərbaycan musiqisində yenilikdir. Çünki burada musiqinin bütün janrları yer alıb.

Rok-operanın 2018-ci ildə səhnələşdirilməsi nəzərdə tutulur.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol