• $
  • €
  • ₽
  • ₺
  • £

Xanlarovanın müraciətinə nazirlik nə cavab verdi?

Xanlarovanın müraciətinə nazirlik nə cavab verdi?
18.11.2017 09:34
Milli Məclisin 17 noyabr tarixinə olan plenar iclasında xalq artisti, deputat Zeynəb Xanlarova məşhur aktyor Rasim Balayevin son durumu ilə bağlı danışıb. Deputat Rasim Balayev üçün səhiyyə və mədəniyyət nazirinə müraciət edib:

Spiker Oqtay Əsədov isə "Sağ olun, maraqlanarıq, görək, nə məsələdir” deyə reaksiya verib.

"Qafqazinfo" xəbər verir ki, məsələ ilə bağlı "Yeni Müsavat”ın əməkdaşı Səhiyyə Nazirliyinin mövqeyini öyrənməyə çalışıb. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib:

"İstənilən vətəndaş, o cümlədən də xalq artisti Rasim Balayev kimi tanınmış şəxslər dövlət xəstəxanalarında pulsuz tibbi xidmətdən istifadə hüququna malikdir”.

Mədəniyyət və Turizm Nazirliyinin  ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov  məsələ ilə bağlı araşdırma aparılacağını bildirib:

"Rasim bəyin səsləndirdiyi fikirlərdən xəbərdarıq. Onun sözləri bizi də kədərləndirdi. Məsələ ilə bağlı maraqlanırıq. Rasim bəylə əlaqə saxlayacağıq. Yaxın günlərdə bu barədə ictimaiyyətə geniş açıqlama verəcəyik”.

"Bu qədər qayğıma qalınacağını, dəstək veriləcəyini gözləmirdim”. Bu sözləri Rasim Balayev açıqlamasında deyib. Aktyor deputat Zeynəb Xanlarovaya və spiker Oqtay Əsədova öz təşəkkürünü bildirib.

"Kinematoqrafçılar İttifaqından sizinlə maraqlanan oldumu” sualımıza isə aktyor bu cür cavab verdi:

"Yox... istəmirəm də”.

Qeyd edək ki, ötən həftə xalq artisti, Azərbaycan kinosunun canlı əfsanəsi Rasim Balayevin səhhətinin ağır olması ilə bağlı yayılan məlumatlar ictimaiyyətdə, incəsənət və mədəniyyət aləminin nümayəndələri tərəfindən məyusluqla qarşılanmışdı. Aktyorun "dərmanlara pul çatdıra bilmirəm” deməsi isə daha böyük təəssüf doğurmuşdu.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol