• $
  • €
  • ₽
  • ₺
  • £

Leyla Əliyeva ekoloji sərginin AÇILIŞINDA

Leyla Əliyeva ekoloji sərginin AÇILIŞINDA
21.11.2017 17:00
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə noyabrın 21-də Zirə Mədəniyyət Mərkəzində "Ekoloji problemlər və onların həlli yolları tələbələrin gözü ilə” mövzusunda sərgi açılıb.

Sərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, gənclər və idman naziri Azad Rəhimov, gənclər təşkilatlarının nümayəndələri iştirak edirlər.

Prezident İlham Əliyevin 2015-ci il 26 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”na əsasən təşkil olunan sərginin məqsədi gənclərin ekoloji sahəyə maraqlarının artırılması, onların bu mövzuda maarifləndirilməsi, yaradıcılıq potensiallarının dəstəklənməsi və sosial təşəbbüskarlıqlarının stimullaşdırılmasıdır.

Sərgidə 14-29 yaşlı gənclərin monumental rəngkarlıq, dəzgah rəngkarlığı, ofort, linoqravyura, kvillinq, xəttatlıq, batika, keramika, rəngkarlıq, heykəltəraşlıq, ebru sənəti, qrafika, qravüra, landşaft dizaynı, vitraj, mayolika, ksiloqrafiya, silkoqrafiya, təkəlduz və s. üslublarda hazırladıqları əsərlər nümayiş olunur. Həmçinin gənc rəssamların ekoloji mövzuda çəkdikləri rəsmlər sərgilənir. Sərgi çərçivəsində gənclər üçün rəngkarlıq və xalçaçılıq sənətləri üzrə ustad dərslərinin təşkili də planlaşdırılır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol