• $
  • €
  • ₽
  • ₺
  • £

BP virtuoz Vaqif Mustafazadə barədə filmi Gürcüstanda təqdim etdi

BP virtuoz  Vaqif Mustafazadə barədə filmi Gürcüstanda təqdim etdi
28.11.2017 19:38
 BP virtuoz caz ifaçısı Vaqif Mustafazadəyə həsr olunmuş tammetrajlı sənədli filmin gürcü dilində variantını dünən Tbilisidə ictimaiyyətə təqdim etdi. Bu təqdimat Azərbaycanla Gürcüstan arasındakı mədəni əlaqələri təşviq etmək məqsədi daşıyır. Bundan əvvəl həmin sənədli film Bakıda Azərbaycan dilində böyük uğurla təqdim edilmişdi. BP-nin "Mənim tanıdığım Vaqif” filminin çəkilişinə göstərdiyi dəstək bu şirkətin Azərbaycan və Gürcüstanın zəngin mədəni irsinin təbliği ilə bağlı öhdəliyinin bir hissəsidir. Bu sənədli film Azərbaycanın və dünyanın dahi caz ustalarından biri olan və musiqi sənətində yeni bir janrın - caz-muğamın banisi Vaqif Mustafazadənin xatirəsinə həsr edilib.
 
Filmdə onun həyatının bəzi epizodları anılıb və digər tanınmış musiqiçilərin Azərbaycanın dünyaca məşhur bu caz ifaçısı haqqında düşüncələri lentə alınıb. Vaqif Mustafazadə həyatının müəyyən bir hissəsini Tbilisidə yaşayıb və onun gürcü dostları dünənki təqdimatda iştirak ediblər. Vaqif Mustafazadənin yaxın dostu olmuş, tanınmış müsiqiçi Dimitri Qonqliaşvili filmdən mütəəssir olaraq demişdir: "Vaqif haqqında nə deyə bilərəm – o, bir dahi idi.” Tədbirdə iştirak etmiş Gürcüstanın mədəniyyət naziri cənab Mixeil Giorqadze demişdir: "Tbilisi həmişə dünyanın müxtəlif və zəngin mədəniyyətlərinin görüşdüyü bir mərkəz olub. Vaqif Mustafazadə o musiqiçilərdəndir ki, onun istedadı və irsi eyni dərəcədə hər iki ölkəyə məxsusdur. Musiqiçilər, və xüsusən də caz sevərlər onu Azərbaycan caz-muğamının banisi olan dahi bir pianoçu və bəstəkar kimi tanıyırlar. Əslində isə Vaqif Mustafazadə gələcəyə yönəmli və çox maraqlı Şərq cazı məktəbini yaratmışdır.”
 
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Couns demişdir: "Biz Azərbaycan cazının ən tanınmış nümayəndəsi olan Vaqif Mustafazadənin adı ilə bağlılığımızdan qürur duyuruq. O həm də dünyanın ən məşhur caz pianoçularından və bəstəkarlarından biridir. Onun istedadının pərəstişkarı kimi bilirəm ki, o, şərq və qərb musiqisinin ən yaxşı janrlarının fantastik sintezini yaratmağa nail olub. Bu sintez nəticəsində Azərbaycanın milli musiqisi olan muğamın və qərb cazının heyranedici qarışığı meydana çıxıb. Biz Azərbaycanla Gürcüstanı birləşdirən və BP-nin də fəxrlə rol oynadığı beynəlxalq enerji ixracı dəhlizləri dönəmində yaşayırıq. Vaqif Mustafazadə qısa bir ömür yaşayıb və bu nailiyyətləri görməyib, ancaq öz əsərləri ilə bu böyük sənətkar başqa bir körpü salıb – Azərbaycan və Gürcüstan xalqlarının ürəklərini birləşdirən bir körpü. BP hər iki ölkədə mədəniyyət layihələrinə dəstək verməkdə davam edəcək. İnanırıq ki, mədəniyyət sahəsində həyata keçirdiyimiz təşəbbüslər - sponsorluq etdiyimiz filmlər, kitablar, tədqiqat işləri, konsertlər, arxeoloji araşdırmalar, hər iki ölkədəki digər sosial sərmayə proqramlarımızla birlikdə bu olkələrin dayanıqlı multikultural inkişafı üçün uzunmüddətli planlarını tam dəstəkləyir.” BUTAfilm şirkəti tərəfindən çəkilmiş bu sənədli film Vaqif Mustafazadənin müasirləri olan Rusiya, Gürcüstan, Estoniya, Polşa və Amerika caz ustalarının onun yaradıcılıq irsinə və şəxsiyyətinə sevgi və rəğbət dolu xatirələri üzərində qurulub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol