• $
  • €
  • ₽
  • ₺
  • £

2018-ci il “Qara Qarayev ili” elan olundu

2018-ci il “Qara Qarayev ili” elan olundu
06.12.2017 12:00
Qazaxıstanın Türküstan şəhərində TÜRKSOY-un mədəniyyət nazirləri Daimi Şurasının 35-ci toplantısı keçirilib.
 
Anews.az AZƏRTAC-a istinadən xəbər verir ki, toplantının yekun bəyannaməsində Azərbaycan, Qazaxıstan və Qırğızıstanın təklifi ilə 2018-ci ilin Azərbaycanlı bəstəkar Qara Qarayev, qazax Xalq şairi Mağjan Jumabayev və qırğız yazıçısı Çingiz Aytmatovun xatirəsinə "Anma ili" elan edilməsi qərara alınıb.
 
Bəyannamədə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının və Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) mütəxəssislərinin bir araya gələrək işçi qrupunun yaradılması, həmin işçi qrupunun hazırladığı dəyişikliklərin növbəti daimi şura toplantısında imzalanması qərara alınıb.
 
TÜRKSOY-un 2018-ci ilin Fəaliyyət Proqramının da qəbul olunduğu iclasda qurumun baş katibi Düsen Kaseinov səs çoxluğu ilə yenidən təşkilatın baş katibi seçilib.
 
Qeyd edək ki, Türküstanda "Türk Dünyasının mədəniyyət paytaxtı" layihəsi çərçivəsində türk xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsinə yönəlmiş 40-dan çox tədbir keçirilib

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol