• $
  • €
  • ₽
  • ₺
  • £

Хalq artistinin ailəsi onun Bakıda dəfn olunmasını istəyir

Хalq artistinin ailəsi onun Bakıda dəfn olunmasını istəyir
03.01.2018 17:40
Xəbər verdiyimiz kimi, dekabrın 30-da Azərbaycanın görkəmli musiqiçisi, istedadlı pianoçu Çingiz Sadıxov 88 yaşında ABŞ-da vəfat edib.

Virtualaz.org xəbər verir ki, maestro Ç.Sadıxov 1929-cu il aprelin 5-də Bakıda anadan olub. İlk təhsilini 1939-1946-cı illərdə Bakının Onillik musiqi məktəbinin istedadlı uşaqlar qrupunda alıb. Sonradan Azərbaycan Dövlət Konservatoriyasının piano fakültəsində, Moskva Dövlət Konservatoriyasının aspiranturasında, professor Aleksandr Qoldenveyzerin sinfində oxuyub.

Görkəmli musiqiçi Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri, 16 saylı Bakı musiqi məktəbinin direktoru, "Azkonsert” yaradıcılıq birliyinin bədii rəhbəri, Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və müəllimi, mədəniyyət və turizm nazirinin məsləhətçisi, Bakı Musiqi Akademiyasının professoru vəzifələrində çalışıb.

Çingiz Sadıxov müxtəlif vaxtlarda böyük sənətkarlar Rəşid Behbudovu, Bülbülü, Müslüm Maqomayevi və başqalarını müşayiət edib.

Azərbaycanın ümummilli lideri Heydər Əliyev Çingiz Sadıxovun yaradıcılığını yüksək qiymətləndirirdi. Yeri gəlmişkən, məhz o demişdi ki, "Çingiz Sadıxov royalı Azərbaycan milli alətinə çevirdi”.

Ç.Sadıxov Azərbaycanın Əməkdar və Xalq artisti fəxri adları ilə təltif olunub.

Çingiz Sadıxov 1994-cü ildən Amerika Birləşmiş Ştatlarının San-Fransisko, son zamanlarda isə San-Xose şəhərlərində yaşayırdı. 
Müslüm Maqomayev kimi o da özünün Vətəndə dəfn olunmasını vəsiyyət edib.

Görkəmli musiqiçinin həyat yoldaşı Xavər Sadıxova ərinin son xahişini yerinə yetirmək istəyir və Çingiz Sadıxovun tarixi vətənində dəfninin təşkilinə köməklik göstərilməsi üçün Azərbaycan rəhbərliyinə və ictimaiyyətinə müraciət edir.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol