• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni kompüter terminləri lüğəti çapdan çıxdı

Yeni kompüter terminləri lüğəti çapdan çıxdı
26.02.2018 21:10
"Məmmədli" nəşriyyatı yeni - "İngiliscə-Azərbaycanca [izahlı] kompüter terminləri lüğəti"ni çapdan buraxıb. Bu, lüğətin işlənmiş və əlavələr olunmuş 3-cü nəşridir. İlk dəfə lüğət 2014-cü ildə 600 nüsxə ilə buraxılmışdı.

Lüğəti tərtib edən Rafiq Məmmədli deyir ki, bu nəşrdə lüğətə 300-ə qədər yeni termin əlavə edilib, bir çoxlarının izahı yenidən işlənib, 50-dək aktual olmayan söz və ifadə lüğətdən çıxarılıb. Lüğətin üslubu istifadə üçün daha da asanlaşdırılıb. Ən əsas isə lüğətin kağız nəşri ilə eyni zamanda tamamilə pulsuz elektron versiyası da [enaz.online] hazırlanıb işə salınıb. Lüğətin proqram əlavələrini proqramçı Emin Hüseynov həyata keçirib.

Lüğət Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının qərarı ilə nəşr olunur.

Kitabın ön sözündə belə yazılıb:

"Sahəyə aid 60 minə yaxın termindən seçilən 10 min 150-dən artıq ən çox rastgəlinən, gündəlik istifadə olunan, kompüterdə çalışanların bilməsi vacib olan sözlərdən ibarət bu lüğət izahlıdır və öyrətmə funksiyası daşıyır. Lüğət smartfon və sosial şəbəkə istifadəçiləri üçün də faydalıdır: Facebook, Tvitter, messencer və çət proqramlarına aid ən aktual terminlər də buraya əlavə olunub. Kitabda ən vacib Photoshop, Corel kimi qrafiki proqram terminlərinə də xeyli yer ayrılıb".
Kitabı paytaxtın kitab mağazalarından əldə eləmək olar.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol