• $
  • €
  • ₽
  • ₺
  • £

Baloğlan Əşrəfov ATV-nin məşhur aparıcısını söyüb - VİDEO

Baloğlan Əşrəfov ATV-nin məşhur aparıcısını söyüb - VİDEO
29.05.2020 07:06
Space TV-də canlı yayımlanan "Onda başladıq" verilişində qonaq olan müğənni Baloğlan Əşrəfov sənətşünaslıq üzrə fəlsəfə doktoru, aparıcı Elçin Əlibəylini başını kəsməklə hədələyib.

Elçin Əlibəyli öz facebook səhifəsində məsələyə aydınlıq gətirib:

" Baş verən hadisəyə aydınlıq gətirim. Bir neçə il öncə verilişimdə Baloğlan Əşrəfov Üzeyir bəy Hacıbəylini kəskin tənqid edərək, onun "çetvert ton" deyilən hind-fars xırdalılıqlarını musiqimizdən çıxartdığını, Avropa üslubuna uyğunlaşdırdığı üçün xəyanətkar adlandırmışdı. Bu məsələ o vaxt çox qınanıldı. Mənə də zəng edib hədələdilər ki, Baloğlanla işim olmasın. Mən fikir vermədim. Kamranın verilişində mövzu tənqid idi. Mən bu məsələni qeyd edən kimi Baloğlan Əşrəfov özündən çıxdı, belə bir şeyin olmadığını dedi. Halbuki, həm o, həm də Aygün Kazımovanın aparıcısı olduğu "Xoş gördük" verilişlərin arxivi, söhbətin canlı şahidləri var. Buna görə canlı efirdə Baloğlan Əşrəfov mənim başımı kəsəcəyini dedi və fasilə vaxtı küçə söyüşləri söydü. Mən mədəniyyətimi qoruyub heç bir cavab vermədim. Amma Üzeyir bəy Hacıbəyliyə qarşı haqsız ittihamın qarşısında susmayacağam".
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol