• $
  • €
  • ₽
  • ₺
  • £

Fuad Poladov alqışlarla yola salındı - FOTO

Fuad Poladov alqışlarla yola salındı - FOTO
05.05.2018 14:36
Xalq artisti Fuad Poladovla vida mərasimi başa çatıb.

Publika.az xəbər verir ki, onun nəşi yaşadığı evdən çıxarılaraq dəfn olunmaq üçün "Qurd qapısı" qəbristanlığına aparılıb. Xalq artistinin cənazəsi alqışlarla son mənzilə yola salınıb.
***
"Mənim üçün bu gün danışmaq çox ağırdır”.
Publika.az-ın xəbərinə görə, bu sözləri Xalq artisti Mabud Məhərrəmov deyib.
O, Fuad Poladovla uzun illər Rus Dram Teatrında çalışdığını, onu hər zaman nümunəvi şəxsiyyət kimi tanıdığını dilə gətirib:
"Biz onunla bir çox filmlərdə rol almışıq, eyni səhnəni bölüşmüşük, eyni qrim otağını paylaşmışıq. Mədəniyyətimiz və şəxsən mənim üçün böyük itkidir. Fuad bəy elə bir insan idi ki, hər kəsin həyatında iz qoya bilirdi. Onu yaxından tanıyanlar bilir ki, o, çox düzgün, sarsılmaz və nümunəvi şəxsiyyət idi”.
***
Xalq artisti Afaq Bəşirqızı mərhumla sonuncu dəfə bir ay əvvəl danışdığını deyib.
Publika.az-ın xəbərinə görə, o, Fuad Poladovun ölümünün Azərbaycan teatrı üçün ağır itki olduğunu bildirib: "Hər bir suala cavab vermək mümkündür, amma Azərbaycan mədəniyyətinin bu qədər itkilər verməsinə heç bir cavab vermək olmur. Başımız sağ olsun”.
***
Səməd Vurğun adına Rus Dram Teatrının direktoru Ədalət Hacıyev Publika.az açıqlamasında Fuad Poladovun ölümünün çox ağır itki olduğunu deyib:
"Fuad Poladovu 1989-cu ildən tanıyıram. Uzun illər Fuad bəylə birlikdə çalışmışıq, dost olmuşuq. Ona böyük hörmətim var idi. Bu, çox ağır itki oldu. Danışmaq çətindir, Allah rəhmət eləsin, ailəsinə səbir versin”.
***
Xalq artisti Fuad Poladovla vida mərasimi keçirilir.
Publika.az-ın əməkdaşının xəbərinə görə, mərhum sənətkarın yaşadığı binanın həyətində yas çadırı qurulub. Vida mərasimində teatr və kino xadmiləri, ictimaiyyət nümayəndələri iştirak edir.
Qeyd edək ki, F.Poladov vida mərasiminin evində keçirilməsini və "Qurd qapısı" qəbiristanlığında dəfn olunmasını özü vəsiyyət edib.
***
Azərbaycanın görkəmli teatr və kino aktyoru, lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biri, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı, Azərbaycanın xalq artisti, Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının aktyoru Fuad Poladov vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
O, uzun sürən xərçəng xəstəliyindən sonra 69 yaşında dünyasını dəyişib.
Fuad Poladovun cənazəsi bu gün saat 13:00-da öz evindən götürüləcək. O, "Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.
Fuad Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub. Sənətə 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib. Azərbaycan Dövlət İncəsənət Universitetinin "Dram və kino aktyorluğu” fakültəsini bitirib (1967-1972). Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən Akademik Milli Dram Teatrında hazırlanan İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub.

20 mart 1987-ci ildə "Azərbaycanın xalq artisti" fəxri adını alıb.

Fuad Poladov 50-ə yaxın filmdə və tamaşada müxtəlif rolları böyük sənətkarlıqla ifa edib.
Qeyd edək ki, sənətkarla vida mərasimində Əməkdar artist Almaz Mustafayeva, Xalq artisti Fəxrəddin Manafov, Xalq artisti Rasim Balayev, diktor Rafiq Haşımov iştirak edib.









www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol