• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın biznesmen müğənniləri: kim hardan pul qazanır? - SİYAHI

Azərbaycanın biznesmen müğənniləri: kim hardan pul qazanır? - SİYAHI
25.05.2018 09:11
Azərbaycanın tanınmış sənətçilərinin, xüsusilə də müğənnilərin biznes fəaliyyəti məşğul olması barədə xəbərlərə tez-tez rast gəlmək mümkündür. Onlardan bəziləri bunu açıq şəkildə hər yerdə etiraf etsələr də, bir hissəsi isə yayılan xəbərlərin həqiqətə uyğun olmadığını söyləyir.


Müğənni İlqar Muradov "Report”a bildirib ki, zaman-zaman "Fayton” restoranının sahibi olması haqqında xəbərlər yayılır: "Artıq bir çoxları bunu həqiqət kimi qəbul ediblər. Lakin mən müğənilikdən başqa, heç bir biznes fəaliyyəti ilə məşğul olmuram. Həmin restoran da dostuma məxsusdur və əvvəllər mahnılarımı orada ifa edirdim. Bəlkə də buna görə "Fayton" restoranın mənə məxsus olduğunu düşünürlər. Mən yalnız Azərbaycan Milli Konservatoriyasında baş müəllim işləyirəm”.


Əməkdar artist Tünzalə Ağayevanın isə biznesi var. Onun produseri Yalçın Cabbarov açıqlamasına deyib ki, müğənni "Menar Azərbaycan" Uşaq İnkişaf Mərkəzinin yaradıcısıdır. O, sənətçinin hazırda yeni biznes fəaliyyəti ilə qurmaq niyyətində olduğunu, ancaq sahənin hələlik məlum olmadığını söyləyib.

Əməkdar artist Vasif Məhərrəmli oğlunun adına kişi geyimi mağazası olması xəbərlərini inkar edərək yayılan məlumatları yalan adlandırıb.


Əməkdar artist Baloğlan Əşrəfov da restoranı olması ilə bağlı xəbəri təkzib edib: "Universiteti bitirib 6 il məktəbdə müəllim işləmişəm və bununla birlikdə müğənni kimi fəaliyyət göstərmişəm. Heç bir biznesim yoxdur. Mənə bir yol göstərən olmayıb ki, vaxt gələr, sənə də əlavə biznes lazım olar. Belə gəlmişəm, belə də gedəcəyəm”.


Müğənni Zamiq Hüseynovun "ZH fashion man” adlı kişi geyim mağazası, eyni zamanda səsyazma studiyası var. Müğənni "Instagram" hesabından adıçəkilən mağazanın fəaliyyətini izlədiyini də görmək mümkündür.


Sevil-Sevinc bacıları da "SS footwear” ayaqqabı mağazasının sahibləridirlər və "Instagram" səhifələrindən də onun fəaliyyətini izləyirlər. Onların həmçinin "SS nails” adlı yeni bizneslərini də yaradacağı xəbərləri yayılıb.


Rəqqasə, aktrisa Oksana Rəsulovanın isə özünə məxsus "OksiMedia production” şirkəti və rəqs məktəbi var.


Emil Bədəlov isə qızının adı ilə bağlı olan "S Group Travel” turizm şirkəti yaradıb.


Rəqqasə Fatimə, müğənnilər Xuraman Şuşalı və Xatirə İslamisə öz bizneslərini xına mərasimlərinin təşkili sahəsində qurublar. 


Əməkar artist Röya Ayxan isə bir müddət əvvəl "First Fashion Lab” moda evinin açılışını etdiyini "Instagram" səhifəsindən paylaşmışdı.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol