• $
  • €
  • ₽
  • ₺
  • £

“Məmməd Əmin Rəsulzadə: siyasi portret” kitabı işıq üzü görüb

“Məmməd Əmin Rəsulzadə: siyasi portret” kitabı işıq üzü görüb
31.05.2018 20:43
"TEAS Press" Nəşriyyat Evi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə dövlətçilik tarixinə dair kitabların nəşrini davam etdirir.
 
"TEAS-Press"-dən verilən məlumata görə, bu günlərdə Cümhuriyyət tarixinə dair daha bir fundamental əsər – "Məmməd Əmin Rəsulzadə: siyasi portret” kitabı çapdan çıxıb. 
 
Kitab Azərbaycanın XX əsrdə yaşayıb-yaratmış ən parlaq tarixi simalarından biri olan Məmməd Əmin Rəsulzadənin həyatına və siyasi fəaliyyətinə həsr olunub. Tədqiqat əsərində Məmməd Əmin Rəsulzadənin siyasətə gəldiyi ilk günlərdən mühacirət həyatına qədər davam edən fəaliyyətinin müxtəlif dövrləri işıqlandırılır. Əsərdə onun keşməkeşli həyat sürməsinə baxmayaraq, son nəfəsinədək milli ideallar uğrunda prinsipial mübarizə aparması öz əksini tapıb.
 

Kitabda M.Ə.Rəsulzadənin 1917-1920-ci illərdəki fəaliyyətinə xüsusi yer ayrılıb. Bu illərdə Azərbaycan türklərinin azadlıq mübarizəsinin lideri olan Məmməd Əmin Rəsulzadə təkcə milli hərəkatın strateji xəttini müəyyənləşdirməklə kifayətlənməyərək, müsəlman Şərqində ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və möhkəmlənməsi prosesinə bilavasitə rəhbərlik edib.
 
Əsərdə M.Ə.Rəsulzadənin mühacirət həyatının bir çox qaranlıq səhifələri son dövrlərdə müxtəlif ölkələrin arxivlərində aşkarlanmış tarixi sənədlər əsasında tədqiq olunub. M.Ə.Rəsulzadənin Azərbaycan və Qafqaz mühacirlərinin müxtəlif nümayəndələri ilə heç də hamar olmayan münasibətlərinə, onun sovet imperiyasının məzlum xalqlarının birliyinə nail olmaq, beləliklə, bolşevik rejimi ilə mübarizədə onların vahid cəbhəsini formalaşdırmaq istiqamətindəki səylərinə xüsusi önəm verilir.
 
Kitabın müəllifi Cümhuriyyət tarixinin araşdırıcısı, tarix elmləri doktoru Aydın Balayevdir. O hələ SSRİ zamanında Azərbaycan Xalq Cümhuriyyəti barədə çıxan ilk kitablardan birinin müəllifidir. Daha sonra onun bir çox ölkələrdə – Rusiya, Almaniya və ABŞ-da kitabları və elmi məqalələri nəşr olunub.
 
Müəllifin "TEAS Press” Nəşriyyat evi tərəfindən nəşr edilən "Məmməd Əmin Rəsulzadə: siyasi portret” əsəri nəşriyyatın "Məşhurların həyatı” adlı yeni seriyasından ilk kitabdır. Türkiyədə nəfis şəkildə çap edilən əsər rus dilindədir. Nəşriyyat gələcəkdə bu seriyadan digər məşhurların da həyatı və fəaliyyəti ilə bağlı kitabların nəşrini planlaşdırır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol