• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan kəlağayısı UNESKO-nun siyahısına salınır

Azərbaycan kəlağayısı UNESKO-nun siyahısına salınır
25.11.2014 09:48
Noyabrın 24-də UNESCO-nun baş qərargahında qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 9-cu sessiyası işə başlayıb.Sessiyada ölkəmizi mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva və nazirliyin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Vasif Eyvazzadə təmsil edir.Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, komitənin builki sessiyasında 2003-cü il konvensiyasının gələcək icra mexanizmləri, konvensiyanın implementasiyası üzrə üzv ölkələrin təqdim etdiyi hesabatlar, UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmiş elementlərin hazırkı vəziyyəti, eyni zamanda təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş elementlərin hazırkı vəziyyəti ilə bağlı üzv ölkələrin hesabatlarına baxılacaqdır.Bununla yanaşı, Qeyri-maddi mədəni irs Fonduna könüllü olaraq verilmiş töhfələr, məşvərətçi və köməkçi orqanların 2014-cü il üçün iş planları nəzərdən keçiriləcək, UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısı və Təcili qorunmaya ehtiyacı olan Qeyri-maddi mədəni irs siyahılarına daxil edilməsi üçün ölkələr tərəfindən təqdim edilmiş nominasiyalar barədə yekun qərar qəbul ediləcək.Sessiya zamanı həmçinin qeyri-hökumət təşkilatlarının akkreditə olunması və qiymətləndirilməsi, komitənin növbəti 10-cu sessiyasının keçiriləcəyi tarix və yer və komitənin 10-cu sessiyasının büro üzvlərinin seçilməsi nəzərdə tutulur.Sessiya işini noyabrın 28-də yekunlaşdıracaqdır.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol