• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda Türkiyə Mədəniyyəti Günləri

Bakıda Türkiyə Mədəniyyəti Günləri
24.11.2014 09:21
Heydər Əliyev Mərkəzində Türkiyə Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, dövlət və hökumət xadimlərinin, millət vəkillərinin, tanınmış şəxslərin iştirak etdikləri tədbir Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səslənməsi ilə başlayıb. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Bakıda Türkiyə Mədəniyyəti Günlərinin keçirilməsi hər iki ölkə üçün əlamətdar hadisədir: "Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra ilk dəfədir ki, Türkiyənin Mədəniyyət Günləri keçirilir. Bu tədbir həm də xalqlarımızın tarixi köklərinin yaxınlığı və gələcək münasibətlərimiz baxımından əhəmiyyət daşıyır.  Azərbaycan və Türkiyə rəhbərləri arasında dostluq münasibətləri, ölkələrimizin birgə platformalarda iştirakı türk dünyasının güclü olduğunu sübut edir. Biz iki il əvvəl Türkiyədə mədəniyət günləri keçirdik və tədbir uğurla başa çatdı". Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelik mədəniyyət günlərinin təşkilinin Türkiyə üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. O, bildirib ki,mədəniyyət günləri çərçivəsində əl işləri və fotosərgilər, folklor konserti, film və teatr nümayişi nəzərdə tutulub.Mərasim musiqi nömrələri ilə davam edib. ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol