Rus əsilli tanınmış rejissor vəfat etdi

ANN.Az xəbər verir ki, M.Nikols sənət dünyasının "Dörd böyüklər" adlandırdığı mükafatların hər birinə sahib olan sənətkarlardan biridir. O, bir neçə dəfə "Oskar", "Emmy", "Tony" və "Grammy" mükafatlarına layiq görülüb.Rus əsilli Nikolsun əsl adı belədir - Mixail İqor Peşkovski. 1931-ci ildə Almaniyada anadan olub və ailəsiylə birgə ABŞ-a köçəndə ingiliscə ancaq bunu deyə bilib: "İngiliscə danışa bilmirəm. Lutfən, məni öpməyin".1950-ci illərdə komediya ustası Elaine Mayla ortaq şou proqramları ilə şöhrətlənməyə başlayan rejissor 1966-cı ildən başlayaraq 22 filmə quruluş verib. (1966- Who’s Afraid of Virginia Woolf?, 1967 - The Graduate, 1970 - Catch-22, 1971 - Carnal Knowledge, 1973 - The Day Of The Dolphin, 1975- The Fortune, 1983 - Silkwood, 1985 - Heartburn, 1988 - Working Girl, 1990 - Postcards From The Edge, 1991 - Regarding Henry, 1994 - Wolf, 1996 - The Birdcage, 1998- Primary Colors, 2000 - What Planet Are You From?, 2001 - Wit, 2003 - Angels in America, 2004 - Closer, 2007 - Charlie Wilson’s War) Tanınmış rejissorun 3 övladı var.ANN.Az
























