• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın ən yaraşıqlı kişisi və qadını seçildi - FOTOLAR

Azərbaycanın ən yaraşıqlı kişisi və qadını seçildi - FOTOLAR
10.07.2018 17:32
Həftəsonu "Miss Mister Grand Azerbaijan 2018” gözəllik müsabiqəsinin final mərhələsi baş tutub, oxu.az xəbər verir.


10 xanım və 10 bəy finalist 7 əsas nominasiyanın qazanılması uğrunda gərgin mübarizə aparıblar.


Üç əsas çıxış mərhələsi üzrə münsiflər heyətindən, müsabiqənin idarə heyətindən və əldə olunmuş biletlərdən topladıqları ballar əsasında qaliblərin adları müəyyən olunub.


Müsabiqə finalistləri tamaşaçılara bir neçə parlaq defile təqdim ediblər. Onlar eksklüziv dizayner geyimləri ilə podiuma çıxıblar.


Yekunda finalist xanımlar ziyafət geyimlərində, bəylər isə ciddi kostyumlarda podiumda peyda olublar.


Təşkilatçılar müsabiqəni finalistlərin moda nümayişi ilə məhdudlaşdırmayıblar. Onlar kiçik viktorinalar da təşkil ediblər ki, finalistlər təsadüfi suallara cavab verərək öz bacarıqlarını nümayiş etdirsinlər.


Münsiflərin toplantısından və səslərin sayılmasından sonra əsas nominasiyalar üzrə qaliblərin adları açıqlanıb. "Miss Grand Azerbaijan” tituluna Ayşə Qarayeva, "Mister Grand Azerbaijan” adına isə Nuru Əhmədov sahib olub. 


"First runner up” adlarını Pərvin Əliyeva və Fərid Əliyev qazanıb. Üçüncü yer və "Second runner up” adı Aydan Yeşildağa və Ağasəlim Mikayılova verilib.


Digər iştirakçılar isə müxtəlif nominasiyalarında mükafatlar alıblar.


Gecənin qonaqlarına maraqlı musiqi proqramı təqdim edilib, müsabiqə parti ilə başa çatıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol