Tayson: Otello olmaq istəyirəm

"Mən Şeksprin qəhrəmanını canlandırmaq istəyirəm"
ABŞ-ın dünya şöhrətli boksçusu Mayk Tayson “Otello” olmaq istəyir.
ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, məşhur amerikalı boksçu Mayk Tayson Uilyam Şeksprin pyesinində rol almaq arzusundadır. Taysonun sözlərinə görə, o, hələ teatr səhnəsinə çıxmağa hazır deyil, buna görə də əvvəlcə televiziyada çalışmaq istəyir. Keçmiş boksçu Las-Veqasda keçirilən “Soul Train Awards” mükafatının təqdimetmə mərasimində jurnalistlərə açıqlama verib.
“Mən Şeksprin əsərində rol almağı çox istəyirəm. Dəqiq bilmirəm hansı rolu oynamaq istərdim, amma zənnimcə, Otellonu oynamaq maraqlı olardı. Məgər bu möhtəşəm deyil? Bu qara oğlan... Məni Otello kimi təsəvvür edə bilirsiniz?".Qeyd edək ki, Tayson 55-dən çox filmdə rol alıb. Bu filimlərin əksəriyyətində o özünü canlandırıb. ANN.Az























