• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan filmi 3 mükafatı birdən aldı

Azərbaycan filmi 3 mükafatı birdən aldı
17.11.2014 22:00

“Nabat” bədii filmi 63-cü Mannheym-Heydelberq Beynəlxalq Film Festivalında (International Filmfestival Mannheim-Heidelberg) üç mükafata layiq görülüb.

ANN.Az azadliq.org-a istinadən məlumat verir ki, ”Azərbaycanfilm” kinostudiyasının yaydığı xəbərə görə, film “Müstəqil Beynəlxalq Münsiflər Heyəti”nin (Independent International Jury) rəyinə əsasən, insan əzminin hekayəsini təsirli və ümumbəşəri şəkildə əks etdirən ən yaxşı film kimi Festivalın “Mannheym-Heydelberq mükafatı”na (Mannheim-Heidelberg Award) layiq görülüb.Bu festivalın üç əsas mükafatından biridir.“Nabat” bədii filmi eləcə də “Müstəqil Beynəlxalq Münsiflər Heyəti”nin nüfuzlu “Beynəlxalq Kinotənqidçilər Mükafatı”nı (International Film Critics Prize) alıb.Fransa, Almaniya, İsveç və Avstriyadan olan münsiflər heyətinin rəyinə əsasən, film “Ecumenical Jury mükafatı"na da layiq görülüb.Mükafatların təqdimolunma mərasimində filmin rejissoru və ssenari müəllifi Elçin Musaoğlu iştirak edib.Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2014-ci ildə istehsal olunan “Nabat” filminin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu rejissoru Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, prodüseri Müşfiq Hətəmovdur.Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov,Fərhad İsrafilov və başqaları canlandırıblar.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol